Məhkəmə qərarları › İş №2(043)-3186/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3186/2020

02.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3186/2020 02.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin X12 rayonu Heydər Əliyev prospekti, bina 77, 5 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 mənzil 6 ünvanda yerləşən mənzil Azərbaycan Respublikası DƏDRX-nin X10 tərəfindən verilmiş ******* nömrəli çıxarış əsasında xx.xx.2016-cı il tarixdə onların xüsusi mülkiyyətinə keçmişdir. Hazırda həmin mənzil onların paylı mülkiyyətindədir. Cavabdehlərin harada yaşamalarından və hansı əsaslarla onların mənzilində pasport qeydiyyatına alınmalarından ümumiyyətlə xəbərləri yoxdur. Cavabdehlərin onlara məxsus mənzildə pasport qeydiyyatında qalmaları əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Bu da onların şəxsi büdcələrinə təsir edir. Məhkəmə iclasında iddiaçı X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçılar İddiaçı2 və X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini və məhkəmə iclasının onları iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdilər. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada bildiriş göndərilsə də cavabdehlər məhkəmə iclasına gəlmədiyindən, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, iddiaçılar onun qonşusudur. O, 1997-ci ildən ünvan 3 mənzil 11 ünvanda yaşayır. Cavabdehləri tanımır və onların mübahisəli mənzildə yaşamalarının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, iddiaçılar onun qonşusudur. O, 1998-ci ildən ünvan 4 mənzil 13 ünvanda yaşayır. İddiaçılardan qabaq mübahisəli mənzildə yaşayanları tanıyır. Lakin hazırki iş üzrə olan cavabdehləri tanımır və onların mübahisəli mənzildə yaşamalarının şahidi olmamışdır. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 rayonu Heydər Əliyev prospekti, bina 77, 6 5 saylı ev xususi mülkiyyət hüququ üzrə 1/3 hissəsi İddiaçı1, 1/3 hissəsi İddiaçı2 və 1/3 hissə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 112 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş ******* saylı arayışdan görünür ki, cavabdehlər X12 rayonu Heydər Əliyev prospekti, ev 77, 6 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 120-2308Ə-3220 nömrəli xx.xx.2020-ci il tarixli ərizəyə cavab məktubundan görünür ki, cavabdehlərin X12 rayonu, H.Əliyev prospekti küçəsi, ev 77, mənzil 6 ünvanından pasport qeydiyyatından çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 13 saylı Mənzil İstismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 126 nömrəli arayışdan görünür ki, ünvan 6 mənzil 6 ünvan İddiaçı2 aiddir, cavabdehlər mənzildə yaşamırlar və onların harada yaşmaları barədə heç bir məlumat yoxdur. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Cavabdehlərin mübahisəli mənzildən istifadə ilə bağlı hüquq münasibətləri x xxxxxxxx 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in x xxxx 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li qərarının (1994-cü il 20 may tarixli 4 №-li və 1998-ci il 25 mart tarixli 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, X12 rayonu Heydər Əliyev prospekti, bina 77, 6 saylı mənzil xususi mülkiyyət hüququ üzrə 1/3 hissəsi İddiaçı1, 1/3 hissəsi İddiaçı2 və 1/3 hissə X2 adınadır. Cavabdehlər uzun müddətdir ki, həmin mənzildə yaşamasalar da formal olaraq mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatları qalmışdır. Cavabdehlərin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamamaları və mənzillə olan bütün əlaqələrini kəsmələri, onların özlərinə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehlərin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Mübahisəli mənzildən cavabdehlərin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olub-olmaması baxımından əhəmiyyət kəsb edir. Bu hüquq münasibətlərinə aydınlıq gətirilmədikdə cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə hüququ qeyri-müəyyən müddətə saxlanılmış olacaqdır ki, bu da iddiaçının mülkiyyət hüququna əsaslandırılmamış müdaxilə hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospektində yerləşən 77 saylı binanın, 6-cı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində X12 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar