Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3191/2020 27.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Hacıyeva Günel Bayram qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh X4 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş şəxslərdən tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia qaldıraraq, mərhum Cavabdeh qanun üzrə vərəsəsi X2 944.30 manat əsas, 0.03 manat faiz olmaqla, cəmi 944.33 manat borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun, habelə 0.40 (qırx qəpik) xidmət haqqının tutularaq, «İddiaçı” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya, 60 ay müddətinə illik 29 faizlə 1200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Borclu Cavabdeh xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli “Elektron Notariat” X1 çıxarışla müəyyən edilmişdir ki, mərhum Cavabdeh adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan X4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın maliyyə arayışına əsasən, Cavabdeh vəfat etdiyi tarixə banka ödənilməmiş 944.30 manat əsas, 0.03 manat faiz borcu olmaqla, cəmi 944.33 manat məbləğində borcu qalmışdır. Cavabdeh X3 mərhum Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi H.Məhəmmədi ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli 13-xx-xx-074771 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 29% olmaqla, 60 ay müddətinə, 1200 (bir min iki yüz) manat məbləğində kredit verilmiş və kreditin qaytarılması üçün ödəniş cədvəli tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş ABB ASC-nin Gəncə filialı tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ödəməli olduğu məbləğ borc üzrə cəmi 944.33 manat, rüsum üzrə tələb edilən məbləğ isə 30.4 manat təşkil edir. AZ-İ№ 964062 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə beyindaxili qansızma səbəbindən Gəncə şəhərində vəfat etmişdir. Gəncə şəhəri 1 saylı Notariat Ofisinin xx.xx.2020-ci il tarixli “Elektron Notariat” X1 çıxarışın surətindən görünür ki, mərhum Cavabdeh adına vərəsəlik işi açılmışdır və qanun üzrə vərəsəsi X5r. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(104)-725/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh X6 1910 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq, iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx xxxxxx 2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(043)-725/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, borclu X6 1910 manat borc və 30 manat dövlət rüsumunun tutularaq, tələbkar Cavabdeh ödənilməsi qət edilmişdir. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, iş üzrə tələbkar Cavabdeh vəfat etmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə, Cavabdeh hüquqi varisi kimi qızı X3 əvəz edilməsinə qərar verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş Cavabdeh vərəsəsi-qızı X7 miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-725/2018 saylı qətnaməsinə əsasən, X6 tutulmalı olan 1940 manat məbləğində puldan ibarətdir. İddiaçı ASC-nin Gəncə filialının xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, mərhum Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, müştəriyə verilmiş 1200 manat dəyərində kreditin sığortası yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə mərhum Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən ona 1200 manat məbləğində kredit verilmişdir. Lakin, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında 944.33 manat məbləğdə icra edilməmiş pul öhdəliyi qalmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə ölmüşdür. Cavabdeh öldükdən sonra onun qızı – hazırki iş üzrə cavabdeh X7 yeganə vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmiş və bu barədə adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, aktiv mirası qəbul edən, passiv mirası da qəbul etmiş sayılır. Borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, Cavabdeh ölümündən sonra miras qoyanın qanun üzrə vərəsə kimi, X3 payı Gəncə Apellyasiya Məhkəməsinin 2 (104)-725/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, borclu X6 Cavabdeh ödənilməli olan, 1940 manat məbləğində pulun 1/1 hissəsindən ibarətdir. Pulun məbləğinə gəldikdə isə hazırda, iddiaçının tələb etdiyi məbləğdən yüksək olması mübahisə doğurmadığından, iddiaçı mərhum Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – qızı X2 tələb etməkdə haqlıdır. Odur ki, 944.33 manat borc və 30,4 manat dövlət rüsumu və xidmət haqqından ibarət pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və bank xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh X2 944.30 manat əsas, 0.03 manat faiz borcu, cəmi 944.33 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 30,40 manat (otuz manat qırx qəpik) pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-3191/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3191/2020
27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver