Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3198/2021 26.08.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Hakim Mustafayev Rəşad Mustafa oğlu, İddiaçı cavabdeh X1 qarşı «əmlakına vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı cavabdeh X1 qarşı «əmlakına vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmədə öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində yazının oxunması mümkün olmadığından iddiaçının cavabdehdən nəyi tələb etməsini müəyyən etmək mümkün deyildir. Belə ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində yazı şriftlərin pozulması nəticəsində sözlərin oxunaqlı olmaması nəticəsində tələbi müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 108, 149-152, 263- 264, 267-268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı cavabdeh X1 qarşı «əmlakına vurulmuş maddi zərərin əvəzinin ödənilməsi və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qərardada qeyd edilən nöqsan aradan qaldırılmaqla yenidən məhkəməyə müraciət edəbilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-3198/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3198/2021
26.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver