Məhkəmə qərarları › İş №2(043)-3199/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3199/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3199/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh hüquqi varisi X4 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh hüquqi varisləri X7 və X8 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti mərhum Cavabdeh vərəsələri X7 və X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 839,27 manat əsas borc, 14,02 manat faiz borcu olmaqla, cəmi 853,29 (səkkiz yüz əlli üç manat 29 qəpik) manat məbləğində kredit borcunun, 30 manat dövlət rüsumunun və 0,40 qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ASC-nin “Gəncə” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 2-xx.xx.2016-SM146 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 30 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 1800 manat məbləğində kredit verilmişdir.Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu Cavabdeh xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Gəncə «ASAN xidmət» X11 xx.xx.2020-ci il tarixli 682 nömrəli məktubla müəyyən edilmişdir ki, mərhum Cavabdeh adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan X7 və X8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh vəfat etdiyi tarixə Banka ödənilməmiş 839.27 manat əsas, 14.02 manat faiz borcu olmaqla, cəmi 853.29 manat borcu qalmışdır. Cavabdeh X4 və X6 mərhum Cavabdeh qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında X9 iddianı qəbul edərək hər ay pensiyasından hissə-hissə yəni 30 manat ödəməyə etirazı olmadığını göstərdi. Digər cavabdeh X8 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərdən X6 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 2-xx.xx.2016-SM146 nömrəli, xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, İddiaçı ASC-nin Gəncə filialı ilə mərhum Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədi üçün 30 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 1800 manat məbləğində kredit verilmişdir; Maliyyə arayışından görünür ki, 2-xx.xx.2016-SM146 nömrəli, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 839,27 manat əsas, 14,02 manat faiz borcu olmaqla, cəmi 853.29 (səkkiz yüz əlli üç manat 29 qəpik) manat borc qalmışdır. AZ-İ 917759 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə ölmüşdür. Gəncə «ASAN xidmət» X11 xx.xx.2020-ci il tarixli 682 nömrəli məktubundan görünür ki, mərhum Cavabdeh adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan X7 və X8 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh hüquqi varisləri X7 və X8 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-nin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, əsas borc üzrə 839,27 manat, faiz borcu üzrə 14,02 manat olmaqla cəmi 853.29 (səkkiz yüz əlli üç manat 29 qəpik) manat məbləğində kredit borcu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ASC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 30,4 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Mərhum Cavabdeh vərəsələri X2 və X3 müştərək qaydada xx.xx.2016-cı il tarixli, 2-xx.xx.2016-SM146 nömrəli kredit müqaviləsi üzrə 839,27 manat əsas,14,02 manat faiz borcu olmaqla, cəmi 853.29 (səkkiz yüz əlli üç manat 29 qəpik) manat məbləğində kredit borcu, 30 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar