Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3201/2020 16.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh Quliyeva X5 qarşı fərdi yaşayış evininin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC cavabdeh Quliyeva X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin İddiaçı ASC-in mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, 1-ci döngə, 75A nömrəli fərdi yaşayış evinin boşaldılması və qeyd olunan əmlakın İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X8 iddianı müdafiə edərək izahatında göstərdi ki, X5 qarşı “kredit müqaviləsi üzrə borc məbləğinin tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişlər. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 İddiaçı ASC-nin xeyrinə 9380 manat əsas, 5753.64 manat faiz, 50 manat cərimə borcu və 61 manat dövlət rüsumunun, cəmi 15244.64 manat məbləğində pulun tutulması, tutmanın Quliyeva X5 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, 1-ci döngə, 75A yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 25000 manat məbləğində müəyyən edilməsi və ipoteka predmetinin açıq hərracdan satılması, fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına X2 banka olan borcunun ödənilməsi qət edilmişdir. Əmlak Gəncə şəhəri üzrə İcra İdarəsinin 253036/17 O.Ə saylı, xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən “xxxx” MMC tərəfindən hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. İddiaçı ASC tərəfindən fərdi yaşayış evinin alınması təklifi qəbul edilmiş və buna uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli çıxarışa əsasən göstərilən əmlak mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına rəsmiləşdirilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Quliyeva X5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2017-ci il tarixli, 2(043)-2763/2017 nömrəli qətnamənin surətindən görünür ki, X1 İddiaçı ASC-nin xeyrinə 9380 manat əsas, 5753.64 manat faiz, 50 manat cərimə borcu və 61 manat dövlət rüsumunun, cəmi 15244.64 manat məbləğində pulun tutulması, tutmanın Quliyeva X5 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, 1-ci döngə, 75A yönəldilməsi, fərdi yaşayış evinin ilkin satış qiymətinin 25000 manat məbləğində müəyyən edilməsi və ipoteka predmetinin açıq hərracdan satılması, fərdi yaşayış evinin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına X2 banka olan borcunun ödənilməsi qət edilmişdir. RX ******* seriyalı , xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, 1-ci döngədə yerləşən 75A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə “İddiaçı ASC-yə məxsusdur. AZE 02990940 seriyalışəxsiyyət vəsqiəsinin surətindən görünür ki, Quliyeva X3 şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi, 1-ci döngədə yerləşən 75A nömrəli fərdi yaşayış evində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının xx xxxxxx 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, 1-ci döngə, 75A nömrəli fərdi yaşayış evi boşaldılmalıdır və İddiaçı ASC-yə təhvil verilməlidir. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu tələb olunmadığından iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Cavabdeh Quliyeva X9 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Vəli Xuluflu küçəsi, 1-ci döngə, 75A nömrəli fərdi yaşayış evi boşaldılsın və İddiaçı ASC-yə təhvil verilsin. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3201/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3201/2020
16.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver