Məhkəmə qərarları › İş №2(043)-3203/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3203/2020

16.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3203/2020 16.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi , İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə , m üəyyən e tdi : İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında xx.xx.2013-cü ildə X4 Rayon Qeydiyyat şöbəsində 207 nömrə ilə qeydə alınmış nikahın pozulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 2013-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar.Birgə nikahlarından xx xxxxxx 2014-cü ildə Uğur adlı uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət normal ailə münasibətlərində olsalar da, sonradan xasiyətləri üyğun gəlmədiyindən ayrılmaq qərarına gəlmişlər. Hazırda ayrı yaşayırlar, birgə nikahlarından anadan olmuş uşaqları Uğur anasının yanında yaşayır. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh X2 məhkəməyə ərizə verərək işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZ-İ 812782 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahları X4 Rayon Qeydiyyat Şöbəsində xx.xx.2013-cü ildə 207 nömrə ilə qeydə alınmışdır. AZ-İİİ 243073 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü ildə Uğur adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 4cü maddəsinəəsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması nəticəsində tərəflərin birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü müəyyən edildi. Tərəflər arasındakı nikah artıq formal xarakter daşıyır. Belə olan halda tərəflər arasındakı nikahın formal olaraq saxlanılmasına heç bir lüzum qalmadığından tərəflər arasında olan nikah pozulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ın 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh X2 arasında Gəncəşəhəri Nizami rayon Qeydiyyat şöbəsində xx.xx.2013-cü ildə 207 nömrə ilə qeydə alınmış nikah pozulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində X5 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar