Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3206/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Şeyxzamanov küçəsi ev 4, mənzil 4-də qeydiyyatda olan Cavabdeh, həmin əmlak üzərində istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Şeyxzamanov küçəsi ev 4, mənzil 4-də 2008-ci il tarixdən şəxsi mülkiyyət hüququ əsasında onun (mərhum) nənəsi X2 tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik hüququna əsasən adına qeydə alınmışdır. 1997-ci il tarixdə isə o Cavabdeh ilə birgə nikaha girərək ailə qurmuşlar və həmin ildə onu Şeyxzamanov küçəsi bina 4 mən 4 qeydiyyata salmışdır, birgə nikahdan iki övladları olmuşdur. X4 və X5, bir necə il birgə yaşadığdan sonra onlar görmüşlər ki xasiyyətləri uyğun gəlmir və ayrılmaq qərarına gəlmişlər. 13 mart 2014-cü ildə nikahları məhkəmə qaydasında ləğv edilmişdir. Övladlarının ikisi də onun yanında qalmışdır və hal hazırda onunla birlikdə yaşayırlar. Vüsalənin harada olması barədə məlumatı yoxdur, Vüsalə orada qeydiyyatda olduğundan əmlak üzərində heç bir hərəkət edə bilmir. Hal-hazırda isə cavabdehin harada yaşaması ona məlum deyildir. Belə ki, bildiyinə görə onlar Rusiyaya köçüb getmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh onun həyat yoldaşı olmuş və onunla 1997-ci ildə evlənmiş, Gəncə şəhəri, 28 may küçəsi 1-ci döngə ev 18-də onunla birgə yaşamışlar, daha sonra isə cavabdeh ilə nikahı 12.02.2014-cü ildə məhkəmə qaydasında pozulmuş və həmin vaxtdan ona məxsus olan mənzildən əşyalarını götürüb getmişdir. Cavabdeh Gəncə şəhəri Şeyxzamanov küçəsi ev 4, mənzil 4-də heç vaxt yaşamamış, sadəcə pasport qeydiyyatında olmuşdur. 2017-ci il tarixdə mərhum nənəsinin vəsiyyətnaməsinə əsasən evi öz adına keçirmiş və uşaqları ilə birlikdə köçərək Gəncə şəhəri Şeyxzamanov küçəsi ev 4, mənzil 4-də yaşamağa başlamışdır. Cavabdeh evində qeydiyyatda durduğuna görə o məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəməli olur. Odur ki, o məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X4 ifadə verərək bildirdi ki, Cavabdeh onun anasıdır. Cavabdeh ilə yeddi il əvvələ qədər Gəncə şəhəri, 28 may küçəsi 1-ci döngə ev 18-də birgə yaşamışlar. Anası onları qoyub getdikdən sonra o və qardaşı atası İddiaçı ilə birlikdə ünvan 1 ünvanına köçərək birlikdə yaşamağa başlamışlar. Həmin vaxtdan anasını görməmiş və onun Azərbaycana gəlməsindən xəbərləri olmamışdır. Anası çıxıb getdikdən sonra atası və qardaşı ilə birlikdə ünvan 1 ünvanına köçərək yaşayırlar. Məhkəmə iclasında şahid X3 ifadə verərək bildirdi ki, 1979-cu ildən ünvan 2 ünvanında yaşayır. ünvan 3dır. O Vüsalə adlı xanımın həmin mənzildə yaşamasını və ya gəlib-getməsini görməmişdir. Hazırda həmin mənzildə İddiaçı və onun oğlanları yaşayır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və şahidləri dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildir” müddəası həm də şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin pozuntusu ilə müşayiət olunan mübahisənin yoxluğunu ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı ilə aşağıdakılar müəyyən edilmişdir;
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri Şeyxzamanov küçəsi, ev 4, mənzil 4-də pasport qeydiyyatındadır, lakin cavabdeh qeyd edilən mənzildə heç vaxt yaşamamış və həmin mənzildən istifadə etməmiş, cavabdeh iddiaçının ailə üzvü olmamaqla, həmin mənzil onların birgə nikahları dövründə əldə olunmuş vəsait hesabına əldə edilməmiş, Gəncə şəhəri Şeyxzamanov küçəsi, ev 4, mənzil 4 iddiaçının mülkiyyətinə vərəsəlik hüquqi ilə keçmişdir. Məhkəmə hesab edir ki, Gəncə şəhəri Şeyxzamanov küçəsi, ev 4, mənzil 4-ə Cavabdeh istifadə hüququ yoxdur. Lakin, iddiaçı olmayan istifadə hüququna istinad edərək Cavabdeh istifadə hüququnun itirilməsi tələbini irəli sürmüşdür ki, mövcud olmayan hüququn itirilməsi isə məhkəmə baxışının predmeti ola bilməz. İddiaçının cavabdehin pasport qeydiyyatından çıxarılması üçün pasport qeydiyyatını həyata keçirən inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya cavabdehin pasport qeydiyyatından çıxarılması üçün pasport qeydiyyatını həyata keçirən inzibati orqana, inzibati orqan bundan imtina etdikdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.