Məhkəmə qərarları › İş №2(043)-3208/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3208/2021

28.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3208/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «evə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 20.02.2007-ci il təvəllüdlü Leyla və 26.09.2011-ci il təvəllüdlü Yusif adit uşaqları ilə birilkdə cavabdehlərin yaşadıqları, gəlin köçürülərək cavabdehlərlə birlikdə yaşamış olduğu, Gəncə şəhəri DOS-6, 65 nömrəli evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərdən X3 əri, X4 qaynatası, X2 qaynanası, Cavabdeh3 keçmiş baldızı, Cavabdeh4 keçmiş qaynıdır. Cavabdeh-keçmiş əri Elman Tahbovla 2006-cı ildə faktiki olaraq evlənib ailə qumuş, ancaq nikahları rəsmiləşdirməmişlər. Birgə ailə həyatlarından 20.02.2007-ci il təvəllüdlü Leyla və 26.09.2011-ci il təvəllüdlü Yusif adlı uşaqları həmin evdə anadan olmuşlar. Onu gəlin kimi cavabdehlərin yaşadıqları Gəncə şəhəri DOS-6, 65 nömrəli evə köçürmüşlər. Cavabdehiər onu ailə üzvülüyünə qəbul etmiş və ailə təsərrüfatını onlarla birlikdə idarə etmişlər. Əri ilə ailə qurandan bir müddət sonra özü və ailə üzvüləri ilə ailə münasibətləri pozulmuş və onu azyaşlı uşaqları birlikdə həmin evdən qovmuşlar. Bir müddətdən sonra ailə münasibətləri yenidən bərpa olmasına görə birgə ailə şəraitində həmin evdə yaşamağa başlamışlar və yenə də münasibətlərinin pozulmasna görə onu qovmuşlar. Artıq iki il olar ki, onu həmin evə qayıdıb yaşamağına imkan vermirlər. Onun isə ayrıca evinin olmamasına görə uşaqları ilə birlikdə qeyd olunan ünvanda yerləşən atası evinə sığınmışdır, ancaq qardaşının ailəsi ilə uşaqları yola getməmələrinə görə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Özü uşaqlarına qulluq etməyi ilə əlaqədar heç yerdə işləmir, kirayə pulunu və dolanmağı üçün atasının maddi köməyindən istifadə edir. Bu həyat tərzi isə olduqca ağırdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Gəncə şəhəri DOS-6, 65 nömrəli evdə 2006-cı ildən 2016-cı ilədək uşaqları ilə birlikdə yaşamışdır. Cavabdehlər onu evdən çıxarmamışlar, sadəcə olaraq aralarında söz-söhbət yaranmış, ona görə də mənzildən çıxmışdır. O, 2016-ci ildə küsüb atasına məxsus evə köçmüşdür, gedərkən özünə məxsus əşyalarınıda aparmış və həmin vaxtdan atasına məxsus Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən evdə yaşayır. Onun yaşayış sahəsinin olmamasının nəzərə alınaraq məhkəmədən iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrnin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində bidirdi ki, İddiaçı onun baldızı qızıdır. İddiaçı Cavabdeh5 ilə 2006-cı ildə el adəti ilə toyları olmuş, o, toy mərasimində iştirak etmişdir. Toydan sonra İddiaçı ünvan 1 ünvanda yaşamış və onun həmin evliliyindən iki uşağı olmuşdur. İddiaçı 2016-cı ildə həmin mənzildən əşayalarını da götürərək atası evinə köçmüş və həmin vaxtdan atasına məxsus Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən evdə yaşayır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində bidirdi ki, Şəmkir rayonu Əliyaqublu kəndində yaşayır. İddiaçı onun bacısı qızıdır. İddiaçının 2006-cı ildə Cavabdeh5 ilə toyları olmuşdur. Toydan sonra İddiaçı ünvan 1 ünvanda yaşamış və onun həmin evliliyindən iki uşağı olmuşdur. Ailədə olan sözsöhbətə görə İddiaçı 2016-cı ildə həmin mənzildən əşayalarını da götürüb atası evinə köçmüş və həmin vaxtdan atasına məxsus Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən evdə yaşayır. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadəsini, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər MİH 2 saylı MİS-nin 275 nömrəli, 11.08.2021-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, DOS-6, ev 65 Cavabdeh1 1983-cü ildən Gəncə şəhər Mənzil-İstismar hissəsi tərəfindən 355 nömrəli orderlə verilmişdir. Həmin orderə əsas olaraq vətəndaş Cavabdeh1 Gəncə şəhəri DOS-6, ev 65 ünvanında 1953-cü il təvəllüdlü Cavabdeh2, 1977-ci il təvəllüdlü Cavabdeh3, 1980-ci il təvəllüdlü Cavabdeh4 və 1981-ci il təvəllüdlü Cavabdeh5 ilə hazırkı vaxtadək birlikdə yaşayır. İş materiallarına əlavə olunmuş Şəmkir rayon İHB-nin Yaqublu kənd İƏD-nin 278 nömrəli, 12.08.2021-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı Şəmkir rayonu Əliyaqublu kəndində yaşayışır. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 288495 nömrəli və AZ-İİ seriyalı, 795676 nömrəli doğum haqqına şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X10 20 fevral 2007-ci il tarixdə və X14 26 sentyabr 2011-ci il tarixdə doğulmuşdur. Doğum haqqında Şəhadətnamədələrdə uşaqların atası Cavabdeh5, anaları isə İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər MİH 2 saylı MİS-nin 275 nömrəli, 11.08.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Gəncə şəhəri DOS-6, ev 65, mənzil 3 ünvanında 2006-cı ildən 2016-cı ilə qədər uşaqları 20 fevral 2007-ci il təvəllüdlü X10 və 26 sentyabr 2011-ci il təvəllüdlü X14 ilə birlikdə qaynatası Cavabdeh1 mənzilində yaşamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh5 ilə 2006-ci il tarixdə faktiki olaraq ailə həyatı qurmuşlar, ancaq nikahlarını rəsmi qeydə alınmamışdır. Onların birgə nikahından iki övladları doğulmuşdur. Ailə qurduqdan sonra iddiaçı Cavabdeh5 atası Cavabdeh1 məxsus olan Gəncə şəhəri DOS-6, ev 65, 3 saylı mənzilə köçmüşdür. Daha sonra iddiaçı ilə cavabdehin arasında olan faktiki ailə münasibətləri pozulmuş, iddiaçı həmin mənzildən özünə məxsus əşyalarını götürərək öz istəyinə uyğun çıxıb atasına məxsus evə köçmüş və 2016-cı ildən cavabdehlərə məxsus evdə yaşamamışdır. Bundan əlavə sözügedən mənzil Gəncə şəhəri DOS-6, ev 65, mənzil 3, 1983-cü ildən Gəncə şəhər Mənzil-İstismar hissəsi tərəfindən 355 nömrəli orderlə Cavabdeh1 verilmiş, İddiaçı onun ailə üzvü olmamaqla həmin mənzilə qeydiyyata düşməmiş, mənzilin sahibinin ailə üzvü olan oğlu ilə faktiki ailə münasibətində olmaqla qeyd edilən məzildə yaşamış və 2016-cı ildə öz istəyinə uyğun olaraq əşyaları ilə birlikdə həmin mənzili tərk etmişdir. İddiaçı hazırda Cavabdeh1 məxsus Gəncə şəhəri DOS-6, ev 65, mənzil 3-ə evinə özü, uşaqları 20 fevral 2007-ci il təvəllüdlü X10 və 26 sentyabr 2011-ci il təvəllüdlü X1 xahiş edir. Cavabdehlər isə məhkəmə iclasında iştirak etmədikləri üçün iddia tələbinə olan münasibətlərini öyrənmək mümkün olmamışdır. Məhkəmə iddia tələbinə münasibətdə ilk növbədə hüquqi mübahisənin həlli üçün tətbiq ediləcək maddi hüquq normasının müəyyən olunmasını zəruri hesab edir. Belə ki, Azərbаycаn Respublikаsı Məcəllənin 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzilindən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə, Mənzil Məcəlləsinin (08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2006-ci ildə yaranmış, 2016-cı ilədək davam etmişdir. Hal-hazırda mənzil dövlət mənzil fonduna aiddir. Nəzərə alınmalıdır ki, iddiaçı mənzilə gəlin köçərkən mənzilin hüququ statusunu müəyyən edən sənəd order olmuşdur, yəni mənzil dövlət mənzil fonduna aid olmuşdur və tərəflər arasında münasibətlər 2006-ci ildə yaransa belə, həmin münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuş və tənzimlənmişdir. Belə ki, mübahisəli hüquq münasibətinin predmeti mənzilə istifadə hüququ və mənzilə köçürülmədir. Bundan başqa nəzərə alınmalıdır ki, mövcud praktikaya uyğun olaraq, əgər tərəflər arasında 2000-ci ildən sonra hüquq münasibətləri yaranıbsa, mübahisə predmeti isə mənzilə istifadə hüququnun yaranması ilə bağlıdırsa və mənzilin hüququ statusu order əsasında müəyyən edilirsə (yəni mülkiyyət hüququna dair çıxarış mövcud deyilsə) 1982-ci ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunur. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq, xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü mаddəsində göstərilir, icаrədаr özü ilə birlikdə yаşаyаn аilə üzvlərinin rаzılığı ilə öz аrvаdını (ərini), uşаqlаrını, vаlideynlərini, hаbelə bаşqа şəxsləri yаşаdığı sаhəyə köçürmək ixtiyаrınа mаlikdir. Həmin Məcəllənin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 2006-cı ildə mənzilə köçərkən 1983-cü ildən gözlənilən mülkiyyət hüququ olan şəxs Cavabdeh1 razılığı olmamış və ailə üzvülüyünə qəbul edilməmiş, həmin mənzilə qeydiyyata düşmədən, mənzil sahibinin ailə üzvü ilə rəsmi nikah olmadan faktiki ailə quraraq mübahisəli mənzilə köçərək 2016-cı ilədək yaşamış, 2016-cı ildə həmin mənzildən öz istəyinə uyğun əşyalarını da özü ilə götürərək çıxaraq başqa ünvana köçmüş və həmin vaxtdan həmin mənzildə yaşamamışdır. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Qeyd edilən hüquq normasının məzmunundan göründüyü kimi İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı icarədarın ailə üzvü hesab edilmiş olsa belə, onun 2016-cı ildən istəyinə uyğun olaraq öz əşyalarını götürərək həmin mənzili tərk etməklə və həmin vaxtdan başqa ünvanda yaşamaqla həmin mənzilə istifadə hüququnu itirmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakteri daşımamalıdır. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı himayəsində olan azyaşlı uşaqları ilə birlikdə Cavabdeh1 məxsus yaşayış sahəsinə köçürülməsi ilə bağlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməliməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 11 (on bir) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar