Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3222/2021 03.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının təsdiq edilməsinə” dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 29 oktyabr 2014-cü il tarixdə ölmüş atası X1 miras qalmış əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, X2 tam xüsusi mülkiyyətində olmuş ümumi sahəsi 44.2 kv.m olan torpaq sahəsi Tovuz rayonu, Sadıqlı kəndində yerləşir. Bununla da müəyyən olunur ki, Ərizəçi atasına məxsus olan əmlak Gəncə şəhəri Kəpəz rayonu ərazisinin hüdudları xaricində olmaqla, Tovuz rayonu, Sadıqlı kəndində yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Həmçinin, ərizəyə əlavə olunmuş Ərizəçi məxsus AZE ******** seriyalı şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, Ərizəçi ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Bununla da müəyyən olundu ki, ərizə daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən ərizəçi hazırki tələblə bağlı əmlakın yerləşdiyi yerin rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Lakin, ərizəçi qanunvericiliyin tələbini nəzərə almayaraq ərazi aidiyyətinı pozaraq ərizəsini Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə təqdim etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, qeyd edilən tələblə aidiyyəti üzrə əmlakın yerləşdiyi yerin müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən iddia ərizəsi əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: Ərizəçi Maraqlı şəxs “mirasın qəbul edilməsi faktının təsdiq edilməsinə” dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunur ki, qeyd edilən tələblə aidiyyəti üzrə əmlakın yerləşdiyi yerin müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-3222/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3222/2021
03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver