Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3234/2021 03.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Ərizəçi X2 maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydinə düzəliş aparılmasına dair ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: Ərizəçi X4 maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək onun 10.08.1949-cu il tarixdə Göygöl rayon Tülallar kəndində doğulmasını nəzərə alaraq, Göygöl rayon Tülallar kənd İcra Nümayəndəliyi tərəfindən tərtib olunmuş 1949-cu il tarixli 17 nömrəli doğum akt qeydində valideynlərinin “X5", “X9” və onun “X7” qızının soyadalarını müvafiq olaraq “Əliyev” “Əliyeva”, adının “Sucayyət” kimi yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, ərizəçi doğum haqqında şəhadətnamə almaq istəyərkən doğum akt qeydində soyadının Məmmədova kimi qeyd olunmasını və nikaha daxil olduqdan sonra nikah akt qedində əvvəlki soyadının Əliyeva kimi göstərildiyini əsas gətirərək onun doğum akt qeydində valideynlərinin «X5, X10» və özünün yəni «X8» qızının soyadlarını «Əliyev» «Əliyeva» adının Sucayyət kimi yazılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin şəxsiyyət vəsiqəsindən görünür ki, ərizəçinin soyadı, adı, atasının adı X1 qeyd olunmaqla doğum akt qeydi ilə uyğunluq təşkil edir. Ərizçi doğum akt qeydindən çıxarış əldə etmədən və sənədlərində hansı uyğunsuzluğun olmasını dəqiq müəyyən etmədən nikaha daxil olduqdan sonra nikah akt qeydində əvvəlki soyadının Əliyeva kimi qeyd olunmasına əsaslanaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Eyni zamanda həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə göstərilənləri nəzərə alaraq hesab edirəm ki, ərizəçi X2 maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydinə düzəliş aparılmasına dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə müvafiq sənədləri əldə etməklə doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etməsi bundan imtina olunduğu təqdirdə isə inzibati məhkəməyə müraciət etməsi hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Ərizəçi X2 maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydinə düzəliş aparılmasına dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-3234/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3234/2021
03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver