Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3245/2020 19.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərclərin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2007-ci ildə anadan olmuş X4 xəstəliyinə görə hər ay sabit pul məbləğində 150 manat əlavə xərclərin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, izahatında göstərdi ki, Cavabdeh ilə 1995-ci ildə el adəti ilə evlənərək ailə qurmuşlar, nikahları isə xx.xx.1999-cu il tarixdə X2 X11 rayon VVADQ şöbəsində qeyd etdirmişlər. Birgə nikahlarından onların xx.xx.1996cı ildə Sabir, xx.xx.1999-cu ildə Səbinə və xx.xx.2007-ci ildə Aynur adlıüç uşaqları anadan olmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş və birgə nikahdan xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 onun himayəsində saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, ayda 170 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. X13 İİ dərəcəli skalioz, miopik astiqmatizm, ürəyin xəstəliyi və burun çəpər əyriliyi xəstəsidir. Qızı Bakışəhər Baş Səhiyyəİdarəsinin 2 nömrəli poliklinikasında qeydiyyatdadır. Lakin qızının xəstəliyi üçün cavabdeh əlavə xərclərdə iştirak etmir. Hər ay onun dərmanlarına və analizlərinə təxminən 300 manat pul xərcləyir. İddia ərizəsinə bir neçə reseptləri və analiz üçün ödənilən qəbzləri əlavə etdiyini göstərərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ilə 2016-cı il tarixdə boşanmışlar. Hər ay övladı üçün 170 manat aliment ödəyir. Halhazırda işləmir. 130 manat sosial müavinət alır.Övladı sağlam uşaqdır, imkanı olan hallarda onun saxlanılmasında əlavə xərclərdə iştirak edir. 170 manatı bacısı və anasının pensiyalarından əlavə edərək ödəyir. Hesab edir ki, iddiaçının iddiası tamamilə əsassız və qanunsuzdur və həmçinin sübutsuz iddiadır. İddiaçının məqsədi ondan əlavə pul qoparmaqdır və müftə qazanc əldə etməkdir. Belə ki, əlavə xərclərin tələb olunma qaydası belədir ki, iddiaçı çəkilən əlavə xərcləri məhkəmədə sübut etməlidir vəçəkilən xərclərə dair qəbzləri məhkəməyə təqdim etməlidir və məhkəmə yalnız həmin çəkilən xərcləri topladıqdan sonra xərclərin yarısını onun tərəfindən ödənilməsinə dair qətnaməçıxarılmasını təmin edə bilər. Əlavə olaraq göstərdi ki, qızı onun öz doğma qızıdır və heç də qızını iddiaçıdan az istəmir, qızının dərdi də, xərci də anası ilə bərabər həm də onun problemidir. Lakin tələb edilən xərcin qaydası var və tələb edilmə həddi var. İddiaçı ondan 150 manat pulu hər ay tələb edir, lakin iddiaçı qızının xəstəliyinin daimi olmasını, sübut edəcək heç bir sənədi iddia ərizəsinəəlavə etməmişdir, əgər ki, qızında daimi və müalicəsi olmayan xəstəlik olmuş olsaydı onda qızına dövlət tərəfindən əlillik pensiyası təyin edilərdi. Lakin qızına dövlət tərəfindən hər hansı müavinət və ya aylıq pensiya təyin edilməmişdir. İddiaçının iddia tələbinin əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(104)-1152/2020 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.1999-cu il tarixdə X2 X11 rayon VVADQ şöbəsində 627 saylı aktı ilə bağlanmış nikah pozulmuş və birgə nikahdan xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 Tamaşa Səməndər qızının yanında saxlanılmış və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, ayda 170 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhər Baş Səhiyyə İdarəsinin 2 nömrəli poliklinikasının 64 nömrəli sorğuya cavabından görünür ki, X3 İİ dərəcəli skalioz, miopik astiqmatizm, ürəyin xəstəliyi və burun çəpər əyriliyi xəstəsidir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Dövlət X7 X8 GəncəŞəhər Kəpəz Rayon filialından sosial ödənişlər alt sistemində olan məlumata əsasən İİ qrup ümumi əlilliyə görə xx.xx.2021-ci ilədək 130 manat məbləğində sosial müavinət təyin olunmuşdur. Məhkəmə tərəflərin izahatını dinləyib işdə olan sübutlarla birlikdə araşdıraraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin İİ bəndinəəsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 75.1-ci maddəsinəəsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinəəsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 81.1-ci maddəsinəəsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi iləəlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü qanunvericilik yalnız müstəsna hallarda (ağır xəstə, şikəst olan uşaqlara, habeləəmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarla) yaranmış xərclərin ödənilməsinə cəlb olnmasını nəzərdə tutmuşdur. Lakin iddiaçı uşağın səhhətində ciddi xəstəliyin olması barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş gələcəkdəçəkiləcək xərclərin cavabdehdən tutulmasını tələb etmişdir. Halbu ki qanunvericilikdə yaranmış xərslərdən bəhs edilmişdir. Bununla belə məhkəmə qeyd edir ki, cavabdehdən yaşayış minimumu üzrə yuxarı həddə 170 manat aliment kəsilmişdir və həmin məbdəğ uşağın əlavə xərclərinə də daxildir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin(bundan sonra- MPM 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddiaçı Cavabdeh qarşı əlavə xərclərin tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində X12 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-3245/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3245/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver