Məhkəmə qərarları › İş №2(043)-3286/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3286/2020

21.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3286/2020 21.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə Vahid qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək babası X1 məxsus olmuş Gəncə şəhəri, Kəpəz Rayonu, Məmmədyarov küçəsi, 66 saylı evin onun tərəfindən faktikimiras əmlakı kimi qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin evə münasibətdə onun mərhum babası Xəlilov HəmidAllahverdi oğlunun qanun üzrə vərəsəsi sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184-cü maddəsinin göstərişinə uyğun olaraq işin vəziyyəti müzakirə edilib,bütün sübutların təqdim edilib edilməməsi aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, işə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi miras əmlaka dair qanunüzrə vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında Gəncə şəhəri 5 saylı notariat ofisinə müraciət etmiş, notariat ofisi tərəfindən ərizəçidən müəyyən sənədlər tələb olunmuşdur. Ərizəçi həmin sənədləri notariat ofisinə təqdim edib, qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etməli olduğu halda məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-in 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3 nömrəli Qərarının 4.1-ci bəndinə göstərilmişdir ki, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Həmin Qərarın 4.2-ci bəndində izah edilmişdir ki, məhkəmədən kənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o, halarda baxılmamış saxlanıla bilər ki, həmin qaydaların tətbiq edilməsi imkanı itirilməmiş olsun. Belə olan halda məhkəmə hesab edir ki,Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanmalı, ərizəçiyə miras əmlakın vərəsəlik qaydasında qəbulu ilə bağlı notariat ofisinə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 259.0.1, 263, 264,266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi maraqlı şəxs Gəncə Şəhəri 5 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində X3 Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar