Məhkəmə qərarları › İş №2(043)-3288/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3288/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3288/2020 21.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakdan çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Gəncə-Yevlax şossesində Nizami Gəncəvi prospekti 37-də yerləşən əmlakdan Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iddianı müdafiə edib izahatında göstərdi ki, X14 rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli sərəncamına əsasən, Gəncə-Bakı avtomobil yolunda yerləşən Gəncə-Petrol yanacaq doldurma məntəqəsinin arxa tərəfindəki inşa ediləcək istehsal sahəsinin yerləşdirilməsinə icazə verilmişdir. İddiaçının atası X8 yuxarıda göstərilən torpaq sahəsində bir neçə istehsal xidmət obyekti tikmişdir. Ancaq 2012-2013-cü illər arasında Gəncə şəhəri İcra Hakimiyyət başçısı Elmar Vəliyev yolları genişləndirən zaman, iddiaçının atasının obyektinə bitişik olan Cavabdeh xüsusi mülkünü (obyektini) sökərkən, iddiaçının əmisi X2 xahiş etmişdir ki, Cavabdeh yeni obyekt tikənə kimi, müvəqqəti onların obyektdən istifadə etsin. Artıq yeddi ildən artıqdır ki, Cavabdeh iddiaçının obyektində sahibkarlıqla məşğuldur. Bu vaxta kimi Cavabdeh icarə haqqı alınmamışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, yuxarıda qeyd olunan ünvana dair opnun reyestrdən çıxarışı vardır. Həmin sahə onun mülkiyyətində olmaqla hal hazırda istifadə edir. İddianın təmin olunmamasını xahiş etdi. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası X14 rayonu İcra Hakimiyyətinin başçısının 261 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamının suətindən görünür ki, Gəncə- Bakı avtomobil yolunda yerləşən “Gəncə-Petrol” yanacaqdoldurma məntəqəsinin arxa tərəfindəki 0,91 ha torpaq sahəsində X8 tərəfindən inşa ediləcək istehsal obyektlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Gəncə «Asan xidmət» Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İ 843636 nömrəli ölüm haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən 2V-48 reyestr nömrə ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 qanun üzrə vərəsəsi oğlu İddiaçıdur. Cavabdeh tərəfindən təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin verdiyi xx.xx.2010-cu il tarixli MA ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Yevlax yol KTTK-4-ün qarşısı (6 saylı qarışıq mallar mağazası) və torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. xx.xx.2007-ci il tarixdə Gəncə şəhəri 1 saylı dövlət notariat kontoru tərəfindən 4Ə- 164 reyestr nömrə ilə təsdiq edilmiş alqı-satqı müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X1 şəhəri, Kəpəz rayonu, Yevlax yol KTTK-4-ün qarşısında yerləşən torpaq sahəsini və onun üzərində yerləşən qeyri-yaşayış binasını alqı-satqı yolu ilə almışdır. Göründüyü kimi iddiaçı inşa ediləcək istehsal obyektlərinin yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilməsinə dair X14 rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsaslanaraq həmin sərəncamın kserosurətindən başqa mübahisələndirdiyi əmlaka dair tələb hüququnu (mülkiyət hüququnu) təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdə mübahisəli əmlakın alqı-satqı yolu ilə cavabdehin mülkiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-cimaddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundansonra-MPM) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddiaçı Gəncə şəhəri, Gəncə-Yevlax şossesində Nizami Gəncəvi prospekti 37-də yerləşən əmlakdan Cavabdeh çıxarılmasını tətlb etsə də, həmin əmlakın ona məxsus olmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. X11 Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İşin müəyyən olunmuş hallarından isə görünür ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin onun mülkiyyətində olmasını sübut edə bilməmişdir. Bələ olan halda məhkəmə hesab edirki, İddiaçı Gəncə şəhəri, Gəncə-Yevlax şossesində Nizami Gəncəvi prospekti 37-də yerləşən əmlakdan Cavabdeh çıxarılması tələbinə dair iddiası əsassız olduğundan rədd olunmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, Gəncə-Yevlax şossesində Nizami Gəncəvi prospekti 37-də yerləşən əmlakdan Cavabdeh çıxarılması tələbinə dair iddiası əsassız olduğundan rədd olunsun. İşüzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində X14 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar