Məhkəmə qərarları › İş №2(043)-329/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-329/2020

17.02.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-329/2020 17.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «Həmişə Bahar» kooperativinın Cavabdeh və üçüncü şəxs Gəncə şəhər Maraqlı şəxsnə qarşı «torpaq sahəsindən çıxarılma və əmlak hüququna müdaxiləyə son qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Həmişə Bahar» kooperativi Cavabdeh və üçüncü şəxs Gəncə şəhər Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Gəncə-Qazax avtomobil yolnunun sağ tərəfində «Dostluq» mebel mağazasının şərq hissəsində yerləşən 0,20 ha torpaq sahəsindən çıxarılmasına, cavabdeh tərəfindən həmin torpaq sahəsinə tökülmüş fundamentin öz hesabına çıxarılıb aparılmasına və cavabdehin kooperativin torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. MPM-in 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı «Həmişə Bahar» kooperativinın Cavabdeh və üçüncü şəxs Gəncə şəhər Maraqlı şəxsnə qarşı «torpaq sahəsindən çıxarılma və əmlak hüququna müdaxiləyə son qon qoyulması» tələbinə dair iddia ərizəsi iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün baxılmamış saxlanmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 259.0.7, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «Həmişə Bahar» kooperativinın Cavabdeh və üçüncü şəxs Gəncə şəhər Maraqlı şəxsnə qarşı «torpaq sahəsindən çıxarılma və əmlak hüququna müdaxiləyə son qon qoyulması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində x1 Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar