Məhkəmə qərarları › İş №2(043)-329/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-329/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-329/2021 28.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, Həsənov Mətin Həsən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Camalova (Bayramova) Könül (Kenyul) Qərib qızına qarşı “birgə mülkiyyətdə olan əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Camalova (Bayramova) Könül (Kenyul) Qərib qızına qarşı “sazişin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin qüvvəsinin tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında ünvan 1 ünvanında yerləşən evə dair bağlanmış 31.05.2018-ci il tarixli 4Ə-167 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair 04.06.2018-ci il tarixli Sazişin, cavabdehlər Cavabdeh2 və X3 arasında ünvan 2 ünvanında yerləşən evə dair bağlanmış 07.06.2018-ci il tarixli 4Ə-176 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 31 may 2018-ci il tarixli AN-1 № ******* saylı Alqı-satqı müqaviləsinin qüvvəsinin tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X3 ilə 08.04.2017-ci ildə nikaha daxil olmaqla ailə qurmuşdur. Cavabdehlə nikaha daxil olmamışdan 5 il əvvəl 16.04.2012-ci ildə o "xxxx" ASC-nin Gəncə filialına 14.5%-lə 5 il müddətinə 19000 (on doqquz min) manat əmanət qoymuşdur. 25.04.2018-ci il tarixdə "xxxx" ASC ilə aralarında olan əmanət müqavilələrinin müddəti başa çatdığına görə bankda olan vəsaitini götürmüşdür və həmin pula ev almaq qərarına gəlmişdir. Cavabdeh2 ilə aralarında bağlanmış 31.05.2018-ci il tarixli 4Ə-167 saylı alqı-satqı müqaviləsinə əsasən, sonuncuya məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evini 20000 (iyirmi min) manata almışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən evin adına qeydiyyata alınması üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Onun yaşayış evini öz adına aldığı cavabdeh X1 məlum olduqda, cavabdeh evi onun adına rəsmiləşdirməyini tələb etmiş, əks halda ondan ayrılacağını bildirmişdir. O ailəsinin dağılmaması üçün məcbur olub 3 saylı Ərazi İdarəsinə vermiş olduğu ərizəni və alqı-satqı müqaviləsini geri tələb etmişdir. Cavabdeh2 ilə razılaşmışlar ki, müqavilə onunla ləğv edilərək cavabdeh X3 ilə bağlasın. 04.06.2018-ci il tarixdə Cavabdeh2 ilə aralarında bağlanmış 31.05.2018-cı il tarixli 4Ə-167 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair Saziş bağlamışdır. Bundan 3 gün sonra, yəni 07.06.2018-ci il tarixdə Cavabdeh2 ilə X3 arasında 3 saylı notariat kontorunun 07.06.2018-ci il tarixi 4Ə-176 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Könül Bayramovaya DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Seriya RX № ******* saylı Çıxarış verilmişdir. Cavabdeh2 ilə aralarında bağlanmış 31.05.2018-ci il tarixli 4Ə-167 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair bağladıqları 04.06.2018-ci il tarixli Saziş onun iradə ifadəsini əks etdirmir, o həmin sazişi cavabdeh Könül Bayramovanın ondan ayrılacağı hədəsi altında bağlamışdır. X5 ilə ailə münasibətləri pozulmuşdur. O Könül Bayramovaya təklif etmişdir ki, evi ona qaytarsın, lakin Könül Bayramova razılaşmamışdır. Buna görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı 14.09.2021-ci il tarixdə iddianın tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Camalova (Camalova (Bayramova) Könül (Kenyul) Qərib qızının adına olan və birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 (üçdə iki) hissəsi üzərində onun payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını, həmçinin Cavabdeh2 cavabdehlər siyahısından çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş iddianın tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək bildirdi ki, ünvan 1 birgə nikah dövründə əldə edilmiş vəsait hesabına alınmasa da, həmin evdə birgə nikah dövründə təmir və yaxşılaşdırma işləri görülmüşdür. Ona görə də həmin evdə cavabdehin 1/3 hissədə payının olması qənaətinə gəlmişdir. Odur ki, DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş Seriya RX № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarış əsasında Camalova (Bayramova) Könül (Kenyul) Qərib qızının adına olan və birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 (üçdə iki) hissəsi üzərində onun payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehlə alqı-satqı müqaviləsi bağlanarkən və DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Seriya RX № ******* saylı, qeydiyyat nömrəsi ********** olan çıxarış verilərkən cavabdehin Rusiya vətəndaşlığına dair pasporta sahib olduğundan adı Kenyul, soyadı Bayramova kimi göstərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Camalova (Bayramova) Könül (Kenyul) Qərib qızı üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Camalova (Bayramova) Könül (Kenyul) Qərib qızı özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin (022) ***-**-** nömrəli şəhər telefonu ilə əlaqə saxlayaraq, cavabdeh Bayramova Könül (Kenyul) Qərib qızı məhkəmə prosesi barədə məlumatı olduğunu və hazırda səhhəti ilə əlaqədar olaraq məhkəmə baxış iclasında iştirak edə bilmədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, qanun tələblərinə uyğun olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir və bu barədə telefonoqram tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. İş materiallarına əlavə olunmuş, AZ-T seriyalı, 030605 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X3 arasında 08 aprel 2017-ci il tarixdə Gəncə “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 770 nömrə ilə qeyd aparılmış, arvada Camalova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 23.06.2020-ci il tarixli, 726 nömrəli arayışından görünür ki, İddiaçı "xxxx" ASC-nin mnüştərisidir, onun "xxxx" ASC-nin Gəncə filialında 16.04.2012-ci ildə əmanət hesabı açılaraq 19.000 (on doqquz min) manat 14,5 % ilə 5 il müddətinə əmanət yerləşdirilmişdir. 18.04.2017-ci il tarixdə müştəriyə 19.000 azn əmanət və 12800,54 azn faiz ödənilib. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 08.10.2020-ci il tarixli, 1175 nömrəli arayışından görünür ki, 25.04.2018-ci il tarixdə YF Çətir – 18.04.2017 (məbləğ 20.000 AZN) və YF Çətir - 20.04.2018 (məbləğ 20.000 AZN) saylı əmanət müqavilələrinin müddəti bitdiyi üçün xitam verilmişdir. İş materiallarına əlavə edilmiş AN-İ ******* nömrəli 31.05.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi (keçmiş Əli Məmmədov), 1-ci dalan, 4 ünvanında yerləşən Liter A ümumi sahəsi 44,8 kv/m, yaşayış sahəsi 44,8 kv/m olan 2 yaşayış otağı, Liter B əl damı 24,7, Liter İ Talvar 13,7 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə 20.000 (iyirmi min) manata İddiaçı satmışdır. İş materiallarına əlavə olunmuş 30.05.2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi (keçmiş Əli Məmmədov), 1-ci dalan, 4 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısı üçün 20.040 manat məbləğində pul ödəmişdir. İş materiallarına əlavə edilmiş satıcı Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 04.06.2018-ci il tarixli sazişdən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı ilə alqı-satqı müqaviləsi bağlamışlar. Hal-hazırda alqı-satqı müqaviləsini öz razılıqları ilə ləğv etmək qərarına gəlmişlər. Aralarında bağladıqları sazişlə 31.05.2018-ci il tarixli 4Ə- 167 reyestr nömrəli alqı-satqı müqaviləsini ləğv edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 45.5 kv.m ümumi, torpaq sahəsi 0,0074 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə Bayramova Könül (Kenyul) Qərib qızının adına daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsinin 12.10.2021-ci il tarixli, **********19 saylı məktubundan görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 17.04.1992-cı il tarixli 1880 saylı sərəncamına əsasən ünvan 6 ünvanda müvafiq icazə sənədləri olmadan inşa edilmiş tikili “A”-da 19.8 kvm və 25.0 kvm iki yaşayış otaqları, 11.5 kvm çardaq, tikili “B”-də 24.7 kvm əl damı və 217.5 kvm torpaq sahəsi qanunlaşdırılaraq Cavabdeh2 mülkiyyətinə verilmişdir. Cavabdeh2 ünvan 6 fərdi yaşayış evinə 12.05.1992-ci il tarixli 6424 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti Başçısının 30.10.1995-ci il tarixli 44 saylı sərəncamına əsasən bu ünvanda hamam-tualet və yeni hasarın tikintisinə icazə verilmişdir. Bildirmişlər ki, 3 saylı notariat kontorunun 31.05.2018-ci il tarixli 4Ə-167 saylı alqı-satqı müqaviləsində bu əmlakın Cavabdeh2 tərəfindən İddiaçı satıldığı göstərilmişdir. Lakin, İddiaçı 3 saylı Gəncə Ərazi idarəsinə 04.06.2018-ci il tarixli ********** saylı ərizə ilə müraciət edərək, 4Ə-167 saylı alqısatqı müqaviləsinə əsasən çıxarış ancaq üçün verdiyi ********** saylı ərizənin qeydiyyata alınmadan ləğv edilməsini və təqdim etdiyi alqı-satqı müqaviləsini geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən notariat kontorunun 4Ə-167 saylı alqı-satqı müqaviləsi qeydiyyata alınmayaraq İddiaçı qaytarılmışdır. 3 saylı notariat kontorunun 07.06.2018-ci il tarixli 4Ə-176 saylı alqı-satqı müqaviləsinə əsasən bu mülk Cavabdeh2 tərəfindən Bayramova Kenyula satılmışdır. Bayramova Kenyula hal-hazırda ünvanı Atropatena küçəsi, 1-ci dalan, 4 olan bu fərdi yaşayış evinə (istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən tikili “A”-da 45.5 kvm iki yaşayış otaqları, tikili “B”-də 3.1 kvm ayaqyolu) 25.06.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 21.10.2021-ci il tarixli, 018-16724-1221 saylı məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh1 ilk dəfə 24.09.2018-ci il tarixdə AZE-******** nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş və həmin vəsiqə əsasında 26.08.2019-cu il tarixdə C02346911 nömrəli ümumvətəndaş pasportu ilə sənədləşdirilmişdir. Bayramova Kenyul barəsində DİN-nin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 11.10.2021-ci il tarixli, 018-16036-1221 saylı məktubundan görünür ki, xx.xx.1974-cü ildə Ermənistan Respublikasında anadan olmuş Cavabdeh1 ilk dəfə 24.09.2018-ci il tarixdə aldığı AZE-******** nömrəli şəxsiyyət vəsiqəsi ilə ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Vətəndaş Cavabdeh1 qeyd olunan tarixədək ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı haqqında məlumat müəyyən edilməmişdir. Əlavə olaraq bildiririk ki, Cavabdeh1 əvvəlki ad və soyadı barədə məlumat əldə etmək üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət olunması məqsədə uyğundur. Məktubunuzda qeyd etdiyiniz Bayramova Kenyul adlı şəxs haqqında BPQMİ-də məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyi Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat Şöbəsinin 26.10.2021-ci il tarixli, 08/q-1092 saylı məktubundan görünür ki, vətəndaş X3 barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparmışdır. Yoxlama nəticəsində məlum olmuşdur ki, vətəndaş İddiaçı ilə Camalova (Bayramova) Könül Qərib qızının 08.04.2017-ci il tarixdə Gəncə “ASAN xidmət mərkəzi” qeydiyyat şöbəsi tərəfindən nikah akt qeydi xarici pasport əsasında qeydə alınmışdır. Bunun nəticəsi olaraq nikah və 07.06.2016-cı il tarixli nikahın pozulması haqqında akt qeydində vətəndaşın adı (xarici pasportun tərcüməsinə əsaslanaraq) “Kenyul (Könül)” olaraq qeyd olunmuşdur. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, İddiaçı ilə Camalova (Bayramova) Könül (Kenyul) Qərib qızı arasında 08.04.2017-ci il tarixdə Gəncə “Asan xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Camalova soyadı verilmişdir. Hal-hazırda da tərəflər birgə nikahdadırlar, onların nikahı pozulmamış və birgə nikahlarından uşaqları doğulmamışdır. Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə şəhəri, Atropatena küçəsi, 1-ci dalan, 4 saylı fərdi yaşayış sahəsi 31.05.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 20.000 manat məbləğində pul qarşılığında İddiaçı satılmışdır. Lakin, mənzil alındıqdan sonra iddiaçının adına keçdiyi üçün cavabdeh Bayramova Könül (Kenyul) Qərib qızı ilə aralarında mübahisə yarandığından satıcı Cavabdeh2 ilə İddiaçı arasında 04.06.2018-ci il tarixli saziş ilə alqı-satqı müqaviləsi ləğv olunmuşdur. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək alqı-satqı müqaviləsinin qeydə alınmadan ləğv edilməsini xahiş etmişdir. Bundan sonra 3 saylı notariat kontorunun 07.06.2018-ci il tarixli 4Ə-176 saylı alqısatqı müqaviləsinə əsasən Gəncə şəhəri, Atropatena küçəsi, 1-ci dalan, 4 saylı ev Cavabdeh2 tərəfindən Bayramova Könül (Kenyul) Qərib qızına satılmışdır. Daha sonra Bayramova Könül (Kenyul) Qərib qızına Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi, 1ci dalan, 4 olan fərdi yaşayış evinə (istifadədə olan 0.0217 ha torpaq sahəsində yerləşən tikili “A”-da 45.5 kvm iki yaşayış otaqları, tikili “B”-də 3.1 kvm ayaqyolu) 25.06.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 07.06.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən bu mənzil 20.000 (iyirmi min) manata Bayramova Könül (Kenyul) Qərib qızına satılmışdır. Bundan əlavə qeyd edilən fərdi yaşayış evinin alqı-satqısı zamanı 20.000 (iyirmi min) manat məbləğində vəsait İddiaçı tərəfindən satıcı Cavabdeh2 ödənilmişdir. Alqı-satqısı zamanı 20.000 (iyirmi min) manat satıcıya ödənilmiş məbləğ cavabdeh ilə nikaha daxil olmamışdan qabaq iddiaçı tərəfindən "xxxx" ASC-nin Gəncə filialında 16.04.2012-ci ildə əmanət hesabı açılaraq 19.000 (on doqquz min) manat 14,5 % ilə qoyulmuş vəsait olmuşdur. Göründüyü kimi ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı ilə Bayramova Könül (Kenyul) Qərib qızı birgə nikah dövründə satın alınmasına baxmayaraq, həmin mənzilin alqı-satqısı əvvəlcə iddiaçı ilə satıcı arasında olmuş, lakin sonra cavabdeh ilə iddiaçı arasında mübahisələri yarandığı üçün alqı-satqı müqaviləsi ləğv edilərək, 07.06.2018-ci il tarixli 4Ə-176 tarixli alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh2 ilə Bayramova Könül (Kenyul) Qərib qızı arasında bağlanmış, mənzil cavabdeh Bayramova Könül (Kenyul) Qərib qızının adına sənədləşmişdir. Bu fərdi yaşayış evinin satın alınmasına iş üzrə tərəflərin birgə nikah dövründə əldə olunmuş vəsaiti sərf olunmamış və həmin mənzil iddiaçının 16.04.2012-ci il tarixdə "xxxx" ASC-yə əmanət hesabına qoyduğu 19.000 manat pulu 18.04.2017-ci il tarixdə bank hesabından çıxardığı 31.000 manat məbləğində pul hesabına satın alınmışdır. Bununla da müəyyən olunur ki, hazırda mübahisəsi gedən fərdi yaşayış evinin alınmasına sərf olunmuş 20.000 manat tərəflərin birgə nikah dövründə əldə etdikləri vəsait olmamış və İddiaçı nikahdan əvvəl əldə etdiyi şəxsi vəsaiti olmuşdur. Lakin iddiaçı dəlillərində qeyd edilən fərdi yaşayış evinin satın alındıqdan sonra birgə nikah dövründə həmin evdə təmir və yaxşılaşdırma işləri gördüklərini göstərərək, cavabdehin də həmin evdə 1/3 hissədə payının olması qənaətinə gəldiyini bildirmiş, cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək, iddia tələbinə dair hər hansı etirazını bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların ümumi birgə mülkiyyəti olduğu təsbit edilmişdir. Ərarvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyət olduğundan ər-arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə ümumi birgə mülkiyyət münasibətlərinə xitam verilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ərarvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 37.1-ci maddəsində deyilir ki, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı əmlakdakı payları bərabər hesab edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı qoyduğu şəxsi vəsaiti nəzərə alınmaqla cavabdeh Bayramova Könül (Kenyul) Qərib qızının adına mülkiyyət hüquqi ilə qeydə alınmış Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi (keçmiş Əli Məmmədov), 1-ci dalan, 4 ünvanında yerləşən fərdi yaşayış evi ər-arvadın birgə nikahları dövründə əldə edilmiş ümumi əmlakları hesab edilərək, 1/3 (üçdə bir) hissəsi üzərində Bayramova Könül (Kenyul) Qərib qızının, 2/3 (üçdə iki) hissəsi üzərində İddiaçı payları müəyyən olunmalı və paylarına mütənasib şəkildə mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfində iddia ərizəsinin məhkəməyə verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrində 25.06.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla Camalova (Bayramova) Könül (Kenyul) Qərib qızının adına mülkiyyət hüquqi ilə qeydə alınmış Gəncə şəhəri, Kəpəz rayonu, Atropatena küçəsi (keçmiş Əli Məmmədov), 1-ci dalan, 4 ünvanında yerləşən fərdi yaşayış evi iş üzrə tərəflərin birgə nikahları dövründə əldə edilmiş ümumi əmlakları hesab edilərək, 1/3 (üçdə bir) hissəsi üzərində Camalova (Bayramova) Könül (Kenyul) Qərib qızının, 2/3 (üçdə iki) hissəsi üzərində İddiaçı payları müəyyən olunsun və paylarına mütənasib şəkildə mülkiyyət hüquqları qeydiyyata alınsın. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar