Məhkəmə qərarları › İş №2(043)-3298/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3298/2021

06.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3298/2021 06.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 İslam qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 İslam qızı, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 İslam qızı, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mülkdə, yaşayış sahəsində istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10.01.2013-cü il tarixli, Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi (AN - İ .v 0681341) əsasında AZ 2000 ünvan 2 ünvanda yerləşən mənzil ona satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” Seriya RX № ******* saylı Çıxarış 10.01.2013-cü il tarixdə o, İddiaçı adına verilmişdir. Əmlakın mülkiyyət hüquqları tam şəkildə ona məxsusdur. Evi o alarkən, danışıqlar əsnasında cavabdehlərlə razılaşmalar əldə edilmişdir ki, bir ay müddətində qeydiyyatdan çıxacaqlar. Lakin cavabdehlər tərəfindən ona verilmiş telefon nömrəsi ləğv edildiyindən əlaqəsi kəsilmişdir. Hazırda cavabdehlərin harada hansı ünvanda yaşamaları barədə heç bir məlumatı yoxdur. Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinə cavabdehlərin qeydiyyatdan çıxarılmaları barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, məhkəmə qaydasında çıxarılmalıdırlar. O, evi alarkən ev tam boş vəziyyətdə olubdur, cavabdehlərə məxsus heç bir əmlak və ya əşya qalmamışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 İslam qızı, Cavabdeh3 və Cavabdeh4 ona məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 İslam qızı, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 12.02.2012-ci il tarixli alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sadıqova X3 şəhər, Kəpəz rayonu, Adil İsgəndərov küçəsi 23 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı satmışdır. İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrin surətindən görünür ki Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh2 İslam qızının adına olan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etmədiklərini bildirmişlər. İş materiallarına əlavə edilmiş 10.01.2013-cü il qeydiyyat tarixli, RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdehlər həmin ünvanda qeydiyyatda olsalar da 8 ildən artıqdır ki, həmin ünvanda yaşamırlar. 2012-ci ildə iddiaçı sözügedən mənzili Cavabdeh2 İslam qızından almış və bu zaman digər cavabdehlər həmin evin satılmasına etiraz etməmələri barədə notarial qaydada təsdiq edilmiş ərizə vermiş, ev satıldıqdan sonra isə evi tərk edərək özlərinə başqa yaşayış yeri seçmişlər. Mülki Məcəllənin 646.1-ci maddəsinə uyğun olaraq satıcı olan cavabdeh əmlaka mülkiyyət hüququnu alıcıya verməklə, həmin Məcəllənin 228.4-cü maddəsinə uyğun olaraq isə digər cavabdehlər alğı-satqı ilə razılaşmaqla və mənzili tərk etməklə mənzildən istifadə hüquqlarından imtina etmişlər. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus olan mənzildən istifadə hüququnun saxlanılması üçün hər hansı əsas olmadığından iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 İslam qızı, Cavabdeh3 və Cavabdeh4 ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar