Məhkəmə qərarları › İş №2(043)-3308/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3308/2020

26.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3308/2020 26.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Şəfik qızına və Cavabdeh2 qarşı mənzildən istifadə hüququna xitam verməklə pasport qeydiyyatından çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işəməhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı cavabdehlər Cavabdeh1 Şəfik qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 6 nömrəli binanın onun mülkiyyətində olan 5 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməklə pasport qeydiyyatından çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1 Şəfik qızının və Cavabdeh2 Gəncəşəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 6 nömrəli binanın onun mülkiyyətində olan 5 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşməsi kimi baxmışdır. İddiaçı məhkəməyə ərizə verərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 6 nömrəli evin 5 nömrəli mənzili mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin mənzili 2012-ci il tarixində Tərtər rayon sakini X3 aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən almışdır. Mənzili aldıqdan 8 (səkkiz) il sonra mənzili satmaq istəyən zaman mənzildə qeydiyyatda olanlar barədə arayış alarkən ona məlum olmuşdur ki, cavabdehlər həmin mənzilə naməlum şəraitdə qeydiyyata düşmüşlər. Cavabdehlərin onun xüsusi mülkiyyətində qeydiyyatda olmaları mülkiyyəti üzərində sərəncam hüququnu həyata keçirə bilmir.Bununla da onun mülkiyyət hüququ pozulur.Belə ki, cavabdehlər ondan xəbərsiz və icazəsiz şəkildə ona məxsus mənzilə qeydiyyata düşmüşlər. Cavabdehlər ona məxsus mənzildən qeydiyyatdan çıxmağa vəd versələr də faktiki olaraq bundan imtina edirlər. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 Şəfik qızına və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduqları yer üzrə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq həmin ünvanda yaşamadıqları üçün bildirişin onlara təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə mvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq tətbiq olunmalı hüquq normaları baxımından hesab edir ki, iddia təmin edilməlidir. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 6 nömrəli binanın 5 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına rəsmi reyestrdə qeydiyyata alınmışdır; xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1 Şəfik qızı və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 6 nömrəli binanın 5 nömrəli mənzilində qeydiyyatdadırlar. Gəncə «Asan xidmət» Mərkəzində notariat ofisinin notariusu tərəfindən xx.xx.2020-ci il tarixdə, təsdiq edilmiş ərizdən görünür ki, Cavabdeh1 Şəfik qızı İddiaçı məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 6 nömrəli binanın 5 nömrəli mənzilin satılmasına etiraz etməmiş və həmin mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının xx xxxxxx 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəföz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi mənzil mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla cavabdehlərin Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 6 nömrəli evin İddiaçı mülkiyyətində olan 5 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İşüzrəödənilmiş 10 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Şəfik qızının və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Əziz Əliyev küçəsi, 6 nömrəli binanın İddiaçı mülkiyyətində olan 5 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar