Məhkəmə qərarları › İş №2(043)-3311/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3311/2020

26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3311/2020 26.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə qarşı «itirilmiş doğum haqqında şəhadətnamənin bərpa olunması»na dair ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1973-cü il tarixdə Ermənistan SSR Vardenis rayonu Qayabaşı kənd soveti tərəfindən ona verilmiş 1-CA № 334849 saylı doğum haqqında şəhadətnamə itdiyi üçün Gəncə şəhəri, Maraqlı şəxs tərəfindən ona yeni doğum haqqında şəhadətnamə verilməsinə və həmin şəhadətnamədə soyadının-Əliyev, adının -Sahib, ata adının-Nuru, doğum tarixinin xx.xx.1973-cü il, ata qrafasında X4, ana qrafasında X3, milliyyətinin azərbaycanlı kimi qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizənin dəqiqləşdirilməsinə dair ərizə verərək, onun xx.xx.1973-cü il tarixdə Ermənistan SSRİ Vardenis rayonu Sarıyaqub kəndinə doğumunun qeydə alınması faktının müəyyən edilməsinə, qeydiyyat aparılarkən ata qrafasında atasının X4, ana qrafasında anasının X1 qeyd edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-in 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşmə verildiyi kimi baxılmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 1973-cü il tarixdə Ermənistan SSR-nin Vardenis rayonunun Sarıyaqub kəndində anadan olmuşdur. Bu barədə onun doğumu haqqında qeydiyyat aparılaraq doğum haqqında şəhadətnamə verilmişdir. Doğum akt qeydi aparılarkən ata qrafasında olduğu kimi atası - X4, anası-X3 qeyd olunmuşdur Doğum haqqında qeyd xx xxxx 1973-cü ildə Vardenis rayon Qayabaşı kənd sovetliyində aparılmışdır Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Məlum səbəblərə doğumunun qeydə alınması faktını əldə edə bilmir. Hazırda ailəsi X8 rayonu 83 saylı hərbi şəhərcikdə xətt 13 ev 12-də qeydiyyatda olmaqla həmin ünvandə yaşayırlar. Özü isə Özbəkistan Respublikası vətəndaşı olmaqla, daimi yaşamaq üçün icazə almışdır. Hazırda Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyir lakin bunun üçün ondan doğum haqqında şəhadətnamə tələb olunmuşdur. Doğum haqqında şəhadətnaməsini itirdiyi üçün arxiv sənədlərini əldə edə bilməmişdir. Doğum haqqında şəhadətnaməsinin məhkəmədən kənar üsulla bərpa olunmasına dair müvafiq orqanlara müraciətinin nəticəsi olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhəri Maraqlı şəxsnəərizə ilə müraciət edərək ona yeni doğum haqqında şəhadətnamə verilməsində köməklik göstərmələrini xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixli, 05/15-149 saylı cavab məktubunda Gəncə şəhər Maraqlı şəxs ərizəsini təmin etməmişdir. Doğum haqqında şəhadətnamənin əldə olunmasında məqsədi Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməsi üçün vacib olduğundan ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxs məhkəmə məhkəməyə ərizə verərək işə iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi onun oğludur. Sahib 1973-cü ildə Vardenis rayonu Sarıyaqub kəndində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsini doğulandan sonra almışdır. Lakin daha sonra Sahib özü onu itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, Ərizəçi onunla qonşu olmuşdur. Sahibi ona görə tanıyır. Sahib Özbəkistan vətəndaşlığından çıxıb Azərbaycan Respublikasının vətəndaşı olmaq istəyir. Lakin bu zaman ona məlum olmuşdur ki, doğum haqqında şəhadətnaməsi itmişdir. Sənədləri toplayan zaman konsulluqda ondan doğum haqqında şəhadətnamə tələb etmişlər. Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş DYİ ******* nömrəli Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, ərizəçi S.Alıev Özbəkistan Respublikasının vətəndaşı olmaqla xx.xx.1973-cü ildə Ermənistan Respublikasında doğulmuşdur. Yaşayış yeri ünvan 1 qeyd olunmuşdur. İİ-CL 182466 nömrədi doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin qardaşıƏliyev Coşqun Nuru oğlu xx xxxxxx 1976-cı ildə Ermənistan SSR Vardenis rayonu Sarıyaqub kəndində anadan olmuşdur. Gəncə şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, xx.xx.1973-cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş Ərizəçi doğum haqqında şəhadətnaməsinin bərpası onların səlahiyyətləri imkanından xaricdir. xx.xx.2020-ci il tarixli Gəncə şəhəri Baş Polis İdarəsinin Kəpəz rayon Polis idarəsi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanda yaşayan Ərizəçi doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. 14-xx.xx.2020-ci il tarixli «Hüriyyət» qəzetinin № 04(2976) saylı buraxılışından görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixli, 1-CL № 334849 saylı doğum haqqında şəhadətnaməsi itdiyi üçün etibarsız hesab edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini işdə olan sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- AM) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadələri ilə habelə təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, Ərizəçi xx.xx.1973-cü ildə Ermənistan SSRİ-nin Vardenis rayonu Sarıyaqub kəndində doğuu qeydə alınmışdır. Doğum akt qeydi aparılarkən ərizəçinin atası X4, anası X1 qeyd olunmuşdur.Ərizəçi doğum şəhadətnaməsini naməlum şəraitdə itirdiyi çün vətəndaşlığın qəbul edilməsi ilə bağlı məsələləri həll edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə də işlərə baxır.(MPM. mad. 307.2.11) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi xx.xx.1973-cü ildə Ermənistan SSRİ-nin Vardenis rayonu Sarıyaqub kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi aparılarkən soyadının Əliyev, adının Sahib, ata adının Nuru, ata qrafasında ata adının X4, ana qrafasında ana adının X1 qeydə alınması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1973-cü ildə Ermənistan SSRİ-nin Vardenis rayonu Sarıyaqub kəndində doğumunun qeydə alınması faktı müəyyən edilsin. Doğum akt qeydi aparılarkən soyadının Əliyev, adının Sahib, ata adının Nuru, ata qrafasında ata adının X4, ana qrafasında ana adının X1 qeydə alınması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində X8 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar