Məhkəmə qərarları › İş №2(043)-3325/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3325/2021

29.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3325/2021 29.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, Hümbətova (Məmmədova) Leyla Aydınovnanın, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 1 saylı Bakı Cavabdeh4ndə notariat ofisinə, 2 saylı Bakı Cavabdeh4ndə notariat ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı şəhər ərazi idarəsinə qarşı“bağışlama müqaviləsinin bağlandığı andan etibarsız sayılması, alqı-satqı müqaviləsinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, mənzilin boşaldılması, mənzilin və pul vəsaitlərinin 1/2 hissəsinə payın müəyyən olunması və xüsusi qərardadın çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1, Hümbətova (Məmmədova) Leyla Aydınovna və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 1 saylı Bakı Cavabdeh4ndə notariat ofisinə, 2 saylı Bakı Cavabdeh4ndə notariat ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı şəhər ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 saylı Bakı Cavabdeh4ndəki notariat ofisində təsdiq edilmiş, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsindəki 7 nömrəli evin 14 nömrəli mənzilinə dair 18.05.2019-cu il tarixli 4Ə-652 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlandığı andan etibarsız sayılması, həmin müqavilə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş 22.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın, 2 saylı Bakı Cavabdeh4ndə notariat ofisində X3 ilə Cavabdeh3 arasında bağlanmış 4Ə-1522 reyestr nömrəli, 07.10.2020-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsindəki 7 nömrəli evin 14 nömrəli mənzilinin Cavabdeh3 tərəfindən boşaldılması, həmin mənzilin və Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən banklarda mərhum X2 adına qoyulmuş əmanətlərin (pul vəsaitlərinin) ½ hissəsinə İddiaçı1 payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını habelə Cavabdeh1 və X1 barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdirlər. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iddiadan imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin ərizəsini və mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların iddiadan imtina etməsi hər hansı şəxsin maraqlarına zidd olmadığından imtina qəbul olunmalı və iş iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4.-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, Hümbətova (Məmmədova) Leyla Aydınovnanın, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, 1 saylı Bakı Cavabdeh4ndə notariat ofisinə, 2 saylı Bakı Cavabdeh4ndə notariat ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı şəhər ərazi idarəsinə qarşı “bağışlama müqaviləsinin bağlandığı andan etibarsız sayılması, alqı-satqı müqaviləsinin, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, mənzilin boşaldılması, mənzilin və pul vəsaitlərinin 1/2 hissəsinə payın müəyyən olunması və xüsusi qərardadın çıxarılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar