Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3364/2020 10.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 37 nömrəli binanın 20 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4, 20 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evi xx xxxxxx 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında satıcı X1 20000 (iyirmi min) manat məbləğində pula almışdır. Mülki alandan sonra evdə qeydiyyatda olan cavabdehlər qeydiyyatdan çıxmalarına söz versələr belə, bu günə kimi qeydiyyatdan çıxmamışlar. Hazırda cavabdehlərin harada yaşamaları ona məlum deyil, cavabdehlər formal olaraq onun mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmalarına görə əlavə kommunal xərcləri ödəyir. Bu isə onun mülkiyyət hüququnu pozur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 20 nömrəli mənzil xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanda yerləşən 20 nömrəli mənzili X1 almışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, cavabdehlər ünvan 2, mənzil 20 ünvanda qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-X2 birliyi 8 saylı mənzil istismar sahəsi tərəfindən xx.xx.2020-ci il tarixli 161 nömrəli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 saylı binanın 20 nömrəli mənzildə qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 2 saylı binanın 20 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindir. İddiaçı həmin mənzili keçmiş mülkiyyətçisi X1 almışdır. Alqı-satqı müqaviləsi bağlandığı zaman cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd, eləcə ərazi üzrə Mənzil İstismar Sahəsində məlumat olmamışdır. Alıcı mənzildə heç kimin qeydiyyatda olmaması barədə təqdim edilən sənədlərə etimad göstərərək mübahisəli mənzili satın almışdır. Nə mənzil alınarkən, nə də mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdehlər həmin mənzilə dair hər hansı tələb irəli sürməmiş və ümumiyyətlə mənzilə gəlməmişdir. Bu müddət ərzində cavabdehlərin mənzilə gəlib-getməmələri onların bu mənzillə bütün əlaqələrini kəsdiyini və həmin mənzildən istifadəyə ehtiyaclarının olmadığını təsdiq edir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun saxlanması üçün qanuni əsas olmadığından həmin hüquq itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanda yerləşən 20 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi təqdim edildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3364/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3364/2020
10.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver