Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3395/2020 30.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, iddiaçlar İddiaçı1 Müşviq oğlunun və X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 Müşviq oğlu və X1 Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilməsi və qeydiyyatın ləğvi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 Müşviq oğlu və X2 Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilməsi və qeydiyyatın ləğvi» tələbinə dair başlıqda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 42 nömrəli evin onların mülkiyyətlərində olan 36 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 184-cü maddəsinin göstərişinə uyğun olaraq işin və mübahisənin vəziyyəti müzakirə edilib bütün sübutların təqdim edilib-edilməməsi aydınlaşdırılarkən müəyyən olundu ki, iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla icraata qəbul edilmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçıların iddia etdiyi mənzil Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşməklə iddia tələbi cavabdehin onların mülkiyyətində olan mənzilindən əmlakları ilə birlikdə çıxarılması ilə bağlı olmaqla iddia ərizəsi ərazi aidiyyəti qaydaları pozulmaqla Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, əmlakın yerləşdiyiyer Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi olduğu üçün mülki iş baxılmasıüçün aidiyyatı üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə iləəlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. MPM-in 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti iləəlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 Müşviq oğlunun və X1 Cavabdeh qarşıəşyaları ilə birlikdə mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə 2(043)-3395/2020 nömrəli mülki iş aidiyyəti üzrə baxılmasıüçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 39, 45, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1 Müşviq oğlunun və X1 Cavabdeh qarşı əşyaları ilə birlikdə mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə 2(043)-3395/2020 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-3395/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3395/2020
30.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver