Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3416/2020 17.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Quliyev Raqif Göyüş oğluna və Cavabdeh5 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Ə.Nəzərov küçəsi, 6 nömrəli binanın 2 nömrəli otağından, Cavabdeh2 3 nömrəli otaqdan, Cavabdeh3 4 nömrəli otaqdan, Quliyev Raqif Göyüş oğlunun, 5 nömrəli otaqdan, Cavabdeh5 6 nömrəli otaqdan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 6 nömrəli bina (yataqxana) Gəncə şəhər MKTİB-nin balansına aiddir. Həmin binanın 2 saylı otağında pasport qeydiyyatında olan Cavabdeh1, 3 nömrəli otağında pasport qeydiyyatında olan Cavabdeh2, 4 nömrəli otağında qeydiyyatda olan Cavabdeh3, 5 nömrəli otağında qeydiyyatda olan Quliyev Raqif Göyüş oğlu, 6 nömrəli otağında qeydiyyatda olan Cavabdeh5 uzun illərdir ki, həmin binada yaşamırlar. Həmin otaqlarda tamamilə başqa sakinlər qeydiyyatsız yaşayırlar. Ona görə də kommunal xərclərin ödənilməsində çətinliklər yaranır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nin balansında olan 6 saylı yataqxananın müvafiq otaqlarının əvvəllər cavabdehlərin istifadəsinə verildiyini, cavabdehlərin isə uzun illər öncə həmin otaqları hazırda orada yaşayan şəxslərlə əldə etdikləri razılıq əsasında onların istifadəsinə verərək özlərinə başqa yaşayış yeri seçdiklərini, buna baxmayaraq həmin otaqlarda pasport qeydiyyatında qaldıqlarını, bunun isə dövlət əmlakının idarə olunmasında çətinliklərə səbəb olduğunu bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Quliyev Raqif Göyüş oğluna və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, onlar, qeydiyyatda olduqları ünvanda yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, Gəncə şəhəri, Ə.Nəzərov küçəsi 6 saylı binada yerləşən yataqxananın 2 saylı otağında ailə üzvləri ilə birlikdə 10 ildən çoxdur ki yaşayırlar. Otağı onun əri həmin otağın keçmiş sakini olan Fəridə adlı qadından almışdır. Bundan sonra Fəridə həmin otağı boşaldıb getmişdir və hazırda harada yaşamasından xəbəri yoxdur. Həmin yataqxananın 3 nömrəli otağında uzun müddətdir ki, Ələkbərova Ruzilə, 4 nömrəli otaqda Elnur adlı şəxs, 6 nömrəli otaqda Hidayətova Siyasət yaşayır, 5 nömrəli otaqda isə əvvəllər Raqif adlı şəxs yaşayırdı, lakin uzun müddət əvvəl o da otağı boşaldıb çıxıb getmiş, ondan sonra isə Ramil adlı şəxs orada yaşamağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, cavabdehlərdən heç birini tanımır. O, 2000-ci ildən Ə.Nəzərov küçəsi, ev 6, otaq 3 ünvanında yaşayır. Həmin otağın sahibi Müzəffər ilə razılıq əldə etdikdən sonra otağa köçmüşdürlər. Hal-hazırda binanın 4-cü otağında Elnur adında şəxs yaşayır, 6-cı otaqda isə əvvəllər Raqif adlı şəxs yaşamış, Raqif oradan köçüb getdikdən sonra isə Ramil adlı şəxs ailəsi ilə yaşamışdır. Raqifin köçüb getdiyi tarixi dəqiq xatırlamır amma Raqif bir neçə ildir ki köçüb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, Ə.Nəzərov küçəsi, ev 6, mənzil 4 ünvanında yaşayır və cavabdehlərin heç birini tanımır. 2008-ci ildə ailə qurduqdan sonra o ünvanda yaşamağa başlamışdır və o vaxtdan cavabdehləri görməmişdir. Ailəsi isə həmin vaxtdan da əvvəl həmin otaqda yaşamışdır. Hal-hazırda 3 nömrəli otaqda Ülkər adlı qadın, 6 nömrəli otaqda Siyasət adlı qadın yaşayır, 5 nömrəli otaqda isə əvvəllər Raqif adlı şəxs yaşayırdı, lakin sonrada o köçüb getmişdir və hazırda orada Ramil adlı şəxs yaşayır.. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, Ə.Nəzərov küçəsi, ev 6, mənzil 5 ünvanda yerləşən otağı cavabdeh Raqiflə əldə etdiyi razılığa uyğun olaraq istifadə etməyə başlamışdır. 10 ildən çoxdur ki, otaq onun istifadəsindədir. Hal-hazırda 3 nömrəli otaqda Ülkər adlı qadın, 4 nömrəli otaqda Elnur adında şəxs, 6 nömrəli otaqda Siyasət adlı qadın yaşayır. Raqifdən başqa digər cavabdehləri tanımır və onları həmin binada görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, sözügedən mənzildə 10 ildən çoxdur ki yaşayır. Mənzili onun əri Fəridə adında bir qadından almışdır. Hal-hazırda 3 nömrəli otaqda Ülkər adlı qadın, 4 nömrəli otaqda Elnur adında şəxs yaşayır, 5 nömrəli otaqda isə əvvəllər Raqif adlı şəxs yaşayırdı, lakin sonrada o köçüb getdikdən sonra orada Ramil adlı şəxs öz ailəsi ilə məskunlaşmışdır.. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, bina 6, 6 saylı otaqda Cavabdeh5 yaşamır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, bina 6, 3 saylı otaqda Cavabdeh2 yaşamır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, bina 6, 2 saylı otaqda Cavabdeh1 oğlu yaşamır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, bina 6, 5 saylı otaqda Quliyev Raqif Göyüş oğlu oğlu yaşamır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, bina 6, 4 saylı otaqda Cavabdeh3 yaşamır. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır; 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2000-ci il tarixli qərarında göstərilmişdir ki, mənzil hüquq münasibətləri, o cümlədən yaşayış sahəsinə köçürmək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 6 saylı binanın 2, 3, 4, 5 və 6 saylı otaqlarında cavabdehlərin istifadələrinə verilmişdir. Cavabdehlər bir müddət yuxarıda göstərilən mənzillərdə yaşasalar da, daha sonra özlərinə başqa yaşayış yeri seçməklə, könüllü olaraq həmin mənzilləri tərk etmişdirlər. Cavabdehlərin mübahisəli mənzilləri tərk etmələrinin səbəbi ilə bağlı məhkəmə onu da xatırlatmaq istəyir ki, onların başqa bir yerdə daimi yaşayış yeri olmasa idi, onlar, ən azından müəyyən müddət keçdikdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq məhkəmə müdafiəsindən istifadə edə bilərdilər. Lakin işin faktiki hallarından da aydın olur ki, cavabdehlər mübahisəli mənzillərlə əlaqələrini uzun müddətdir kəsmişdir. Göstərilənlər isə birmənalı olaraq təsdiq edir ki, cavabdehlər qeydiyyatda olduqları mənzilləri başqa yaşayış yerinə köçmələri ilə əlaqədar tərk etmişlər. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlərin müvafiq yaşayış sahələrindən istifadə hüququnun saxlanması üçün hər hansı əsas olmadığından onların bu hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 6 nömrəli binanın 2 nömrəli otağından; Cavabdeh2 Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 6 nömrəli binanın 3 nömrəli otağından; Cavabdeh3 Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 6 nömrəli binanın 4 nömrəli otağından; Quliyev Raqif Göyüş oğlunun Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 6 nömrəli binanın 5 nömrəli otağından, Cavabdeh5 Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 6 nömrəli binanın 6 nömrəli otağından istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3416/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3416/2020
17.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver