Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3453/2021 02.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 29.07.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə Gəncə şəhəri, Z.Əliyeva küçəsi 2-ci döngə ev 5 mənzil 1-i əldə etmiş və hazırda reyestr xidməti tərəfindən həmin mənzilə mülkiyyət hüququ qeydə alınmışdır. Həmin mənzili 04.05.2019-cu il tarixdə anası X6 cavabdehin anası, yəni mənzilin əvvəlki mülkiyyətçisi X3 alqı-satqı müqaviləsi ilə almış və reyestr xidməti tərəfindən həmin mənzilə ondan əvvəl anasının mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh Ukrayna Respublikasında daimi əsaslarla yaşadığı və hələ 2019-ci ildə həmin mənzil anası tərəfindən cavabdehin mülkiyyətçi anasından alınarkən digər ailə üzvləri mənzildən könüllü olaraq qeydiyyatdan çıxaraq başqa evlərinə qeydiyyata düşsələr də, cavabdeh Azərbaycanda olmadığı üçün qeydiyyatdan çıxması mümkün olmamışdır. Artıq illər keçib və yeni mülkiyyətçi odur və cavabdehin formal olaraq mülkiyyətində olan mənzildə istifadə hüququnun qalması onun mülkiyyətindən sərbəst istifadə hüququnu pozur, əlavə ödənişlər ödəməsinə səbəb olur və ümumiyyətlə cavabdeh onun ailə üzvü olmadığı, qanuni əsaslarla mənzili əldə etdikləri üçün cavabdehin formal olaraq bu mənzildə qeydiyyatda qalaraq istifadə hüququnun olmasını bir mülkiyyətçi kimi istəmir. Bildirir ki, cavabdeh Ukrayna vətəndaşıdır və Ukraynananın Vinnitsa vilayətində daimi əsaslarla artıq 10 ildən artıqdır ki, yaşayır. Cavabdeh anası mənzili alarkən mənzilin satılması üçün anası X4 etibarnamə və razılıq ərizəsi də vermişdir ki, notarial qaydada alqısatqı baş tutsun və cavabdehin qeydiyyatda olduğu Gəncə şəhəri, Z.Əliyeva küçəsi 2-ci döngə ev 5 mənzil 1 satılsın. Lakin şəxsən cavabdehin özü olmadığı üçün anası cavabdehin ona verdiyi 02 my 2019-cu il tarixli etibarnamə ilə onu mülkiyyətimdə olan mənzildən qeydiyyatdan çıxara bilməmiş və istifadə hüququna xitam verilməsi mümkün olmamışdır. Hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməlidir. Cavabdehin mənzilində heç bir əşyası və istifadə hüququ üçün əsas qalmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ona məxsus mənzilin yerləşdiyi küçənin adı əvvəl F.Əliyev olsa da, sonradan küçənin adı dəyişdirilərək Zərifə Əliyeva olmuşdur. Odur ki, qətnamə qəbul edərkən bu halın nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki,iş materiallarında olan 04.05.2019-cu il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X2 şəhəri, Kəpəz rayonu, Z.Əliyeva küçəsi, 2-ci döngə, ev 5, 1 ünvanda yerləşən mənzili alıcı X1. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad ev verməyi, müqavilənin 13-cü bəndində isə satıcılar 03.06.2019-ci il tarixinədək satdıqları evdən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşdür. İş materiallarında olan Cavabdeh Notariat ofisinə ünvanladığı ərizədən görünür ki, o, ünvan 3 ünvanının satılmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə olunan 4Ə-1899 reyestr nömrəli notariat işində olan 29.07.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, X6 (hədiyyə verən) ünvan 2 ünvanında yerləşən mənzili X8 (hədiyyə alan) bağışlamışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 05.08.2021-ci il tarixdə onun adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan 12.10.2021-ci il tarixli 490 nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır, həmin ünvanda yaşamır. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 2 ünvanında olan mənzil 05.08.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh isə mənzilin əvvəlki mülkiyyətçisinin ailə üzvü olmaqla, həmin mənzildə yaşamış və qeydiyyata alınmışdır. Cavabdeh mənzil satılmamışdan əvvəl bun razılığını bildirmişdir. Cavabdeh qeyd olunan mənzildən köçsə də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxsin mənzilində qeydiyyatda qalması ona öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva (əvvəlki adı F.Əliyev) küçəsi, 2-ci döngə, ev 5-də yerləşən 1 saylı mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3453/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3453/2021
02.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver