Məhkəmə qərarları › İş №2(043)-3492/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3492/2020

02.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3492/2020 02.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı nikahın qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : Ərizəçi maraqlı şəxs Gəncəşəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1917-ci il təvəllüdlü X6 ilə faktiki nikahda olmaları faktının müəyyən edilməsinə dair qətnaməçıxarılmasını xahiş etmişdir. Bundan başqa Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) X2 ərizənin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək 1917-ci ildə anadan olmuş X6 iləƏrizəçi 1950-ci ildə Ermənistan Respublikası, Mehri rayonunda nikahlarının qeydə alınması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəyə ərizənin dəqiqləşdirilməsi kimi baxmışdır. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) X2 ərizəni müdafiə edərək izahatında göstərdi ki, atası 1917-ci il təvəllüdlü X6 ilə (anası) ərizəçi Ərizəçi 1950-ci il tarixdə nikahlarını Ermənistan Respublikası, Mehri rayonunda rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 5 uşaqları X7, X9, X4, X5, X2 olmuşdurlar. Ərizəçinin əri, onun atası Orucqulu Qurbanov xx.xx.1963-cü il tarixdə səhhətində olan problemlərə görə Ermənistan Respublikasının Mehri rayonunun Aldərə kəndində ölmüşdür. Ərizəçi və övladları 1989-cu il tarixdə Ermənistan Respublikasının Mehri rayonunun Aldərə kəndindən Gəncə şəhərinə gələrkən ermənilər yolda onların bütün sənədlərini əllərindən almış və yandırmışdırlar. Həmin sənədlərin içərisindəərizəçinin nikah haqqında şəhadətnaməsi də məhv edilmişdir. Ərizəçi sosial məsələlərin həlli ilə bağlı müvafiq orqanlara müraciət etmiş, lakin arxiv sənədləri işğal ərazisində qaldığı üçün nikahlarının qeydə alınmasına dair səndləri əldə edə bilməmişdir. Ərizəçinin əri Orucqulu Qurbanov ikinci dünya müharibəsi iştirakçısı olduğu üçün ərizəçi ikinci dünya müharibəsi veteranlarının ailələrinə edilən imtiyazlardan istifadə etmək istəmiş lakin nikahda olmalarını təsdiq edən sənədi əldə edə bilmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncəşəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsi məhkəməyəə rizə verərək ərizəyə qarşı etirazları olmadığını və işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, Ərizəçi ilə X6 nikahda olmuşlar, nikahları Mehri rayonu Aldərə kəndində qeydə alınmışdır. Qeydiyyat Şöbəsi Mehri rayonunda yerləşirdi. X6 müəllim olmuş və ikinci dünya müharibəsində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində göstərdi ki, o da Mehri rayonunda yaşamış, 1954-cü ildə oradan köçmüşdür. Ərizəçi ilə uzaqdan qohumluqları var. X6 onun müəllimi olmuşdur. Ərizəçi ilə X6 nikahda olmuşlar. Nikahları Mehri rayonunda qeydə alınmışdır. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:-Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi nikahı haqqında akt qeydi aşkar olunmamışdır. AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1931-ci ildə Ermənistan Respublikası Mehri rayonunda anadan olmuşdur. xx.xx.1970-ci il tarixli, İ-ZJ 078864 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin X6 ilə birgə nikahlarından xx.xx.1963-cü ildə X7 anadan olmuşdur. xx.xx.1970-ci il tarixli, İ-ZJ 078863 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin X6 ilə birgə nikahlarından xx.xx.1954-cü ildə X5 anadan olmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini işdə olan sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. AM-in 158.2-ci maddəsinəəsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı vəşahid ifadələri ilə habelə təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, Ərizəçi ilə X6 arasında olan nikah 1950-ci ildə Ermənistan Respublikasının Mehri rayonunda qeydə alınmışdır. Lakin ərizəçi arxiv sənədləri işğal olunmuşərazidə qaldığıüçün qeyd olunan sənədi əldə edə bilmədiyi üçün sosial məsələlərin həll olunmasına nail ola bilməmişdir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinəə sasən qətnamə işüzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəməöz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə də işlərə baxır.(MPM. mad. 307.2.3) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi nikahının qeydə alınması faktını başqa qaydada əldə edə bilmədiyi üçün sosial məsələləri həll edə bilmir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X6 ilə 1950-ci ildə Ermənistan Respublikası Mehri rayonunda nikahlarının qeydə alınması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar