Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3501/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu İddiaçı1 və İddiaçı2 cavabdehlər Gəncə «Asan Xidmət» X2 və Cavabdeh1 qarşı «bağışlama müqaviləsinin etibarsızlığı və ondan əmələ gələn hüquqi nəticələrin ləğvi» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı1 və İddiaçı2 cavabdehlər Gəncə «Asan Xidmət» X2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli 4Ə-06-1615 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ondan əmələ gələn hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsində iddiaçıların ünvanı “Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Komandir küçəsi” qeyd edilmişdir. Gəncə şəhərində ümumiyyətlə, “Komandir küçəsi” adlı küçə mövcud deyildir. Bundan başqa iddiaçıların yaşadıqları evin və ya mənzilin nömrəsi də qeyd edilməmişdir. Buna görə də həmin ünvan poçt ünvanı hesab edilə bilməz. İddia ərizəsində cavabdeh kimi qeyd olunmuş Gəncə «Asan Xidmət» X1 və maraqlı şəxs kimi göstərilmiş DƏDRX 3 saylının isə ünvanları ümumiyyətlə göstərilməmişdir. İddia ərizəsində poçt ünvanının göstərilmədikdə poçt rabitəsi vasitəsi ilə işdə iştirak edən şəxslərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsi, o cümlədən məhkəmə sənədlərinin rəsmi qaydada çatdırılması mümkün olmur. Bu isə çəkişmə prinsipinin tələblərinin pozulmasına gətirib çıxarır. Bundan başqa iddia ərizəsində tələb aydın göstərilməmiş, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə yanaşı həmin müqavilədən irəli gələn hüquqi nəticələrin ləğv olunması xahiş olunsa da, konkret hansı hüquqi nəticələrin yarandığı və hansı hüquqi nəticələrin ləğvinin tələb olunduğu göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci və 149.2.3-cü maddələrinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı1 və İddiaçı2 cavabdehlər Gəncə «Asan Xidmət» X2 və Cavabdeh1 qarşı «bağışlama müqaviləsinin etibarsızlığı və ondan əmələ gələn hüquqi nəticələrin ləğvi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3501/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3501/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver