Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3502/2020 29.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinə düzəliş edərək cavabdehin ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında pasport qeydiyyatda olmasına baxmayaraq, həmin mənzildə yaşamır. Hazırda cavabdeh mübahisəli mənzildən yaşayış sahəsi kimi istifadə etmir, daimi olaraq başqa ünvanda yaşayır və yaşayış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifəni yerinə yetirmir. Cavabdeh formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması, onun mənzil üzərində hüququnu məhdudlaşdırır və o cavabdehə görə əlavə kommunal xidmət haqqı ödəyir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçıiddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan mənzil ona anasından miras qalmış və vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. İş üzrə cavabdeh onun keçmiş əri olmaqla sözügedən mənzildə yaşamışdır. Lakin cavabdehlə aralarında olan nikah 2018-ci ildə pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh özünə başqa yaşayış yeri seçərək, mübahisəli evi tərk etmişdir. Hazırda cavabdehin qeyd etdiyi mənzildə formal olaraq istifadə hüququnun qalması (pasport qeydiyyatında olması) onun əmlak üzərində olan mülkiyyət hüququnu həyata keçirməsini məhdudlaşdırır. Bu baxımdan cavabdehin mənzil üzərində istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, 029927 nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Aşıq Ələsgər küçəsi 58 nömrəli evin ¼ (dörddə bir) hissəsi X4, ¾ (dörddə üç) hissəsi isə X2 mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrinin 30 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur, nikah pozulduqdan sonra kişiyə Əliyev, qadına Əsədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-cı il tarixli, ******* nömrəli arayışından görünür ki, cavabdeh yaşayış yeri üzrə Gəncə şəhəri, Kəpəz rayonu, Aşıq Ələsgər küçəsi 58 saylı fərdi yaşayış evində qeydiyyatdadır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2012-cı il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə xx xxxxxx 2011-cı il tarixdə vəfat etmiş X1 miras qalmış Gəncə şəhəri, Aşıq Ələsgər küçəsi, 58 nömrəli ev qanun üzrə vərəsə qismində qızı X5 verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir; 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər; Məhkəməbaxışındamüəyyənedilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Aşıq Ələsgər küçəsində yerləşən 58 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında ¼ (dörddə bir) hissəsi X4, ¾ (dörddə üç) hissəsi isə X2 mülkiyyətində olmuşdur. X3 iddiaçının anası olmaqla, xx.xx.2011-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Ş.Məmmədovanın ölümündən sonra iddiaçı miras əmlakı qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən qəbul etmişdir və hazırda həmin ev bütövlükdə iddiaçıya məxsusdur. İş üzrə cavabdeh iddiaçının keçmiş əri olmaqla, xx.xx.2018-ci il tarixdə aralarında olan nikah ləğv edilmişdr. İddiaçı mənzil üzərində mülkiyyət hüququnu ilkin olaraq 2011-ci ildə əldə etdiyindən tərəflər arasında mənzillə bağlı mübahisəli hüquq münasibətləri də həmin dövrdə yaranmışdır. Cavabdeh mənzildən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən etibarlı ailə münasibətlərinə əsaslanan istifadə hüququ əldə etmişdir. Hazırda tərəflərin nikahı pozulmuşdur, tərəflər birlikdə yaşamır və ayrı təsərrüfat aparırlar. Cavabdehin mənzildən istifadə hüququnun saxlanılması üçün hər hansı əsas olmadığından Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə uyğun olaraq həmin hüquqa xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhəri, Kəpəz Rayonu, Aşıq Ələsgər küçəsində yerləşən 58 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-3502/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3502/2020
29.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver