Məhkəmə qərarları › İş №2(043)-3515/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3515/2021

29.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3515/2021 29.09.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti bacısı yanında qəyyumluq və himayəçilik komissiyasına qarşı valideyn himayəsindən mərhum vəziyyətdə böyümə faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti bacısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı ərizə ilə məhkəməyə müraciət edərək valideyin himayəsindən məhrum vəziyyətdə böyüməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, ərizəçinin validyenlərindən anası milliyətçə rus olmaqla, o, 11 aylıq olarkən Azərbaycan Respublikasında nənəsi Maraqlı şəxs1 yanında böyümüş və 2015-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə nənəsi Maraqlı şəxs1 onun üzərində qəyyum təyin olunmuşdur. Göründüyü kimi ərizəçinin valideyn himayəsindən kənar vəziyyətdə böyüməsi faktı Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə müəyyən olunduğundan ərizənin icraata qəbul olunmasından imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, göstərilənləri nəzərə alaraq hesab edirəm ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti bacısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı valideyn himayəsindən mərhum vəziyyətdə böyüməsi faktının müəyyən edilməsinə dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti bacısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı valideyn himayəsindən mərhum vəziyyətdə böyümə faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar