Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3531/2020 04.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Cəfərova Təhminə Əlistan qızının katibliyi, ərizəçi X8 və onun vəkili X3 iştirakı ilə, Ərizəçi X8 maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonu Babacan kəndində anadan olmasının, atasının X2, anasının X11 olması müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X10 ərizəni müdafiə edərək izahatında göstərdi ki, xx.xx.1950-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Onun doğum haqqında şəhadətnaməsində ata adı “Bayraməli ” olduğu halda digər sənədlərində Bayram yazılmışdır. Məlum hadisələrlə bağlı 1988-ci ildə Ermənistan Respublikasından qaçqın düşəndən sonra akt qeydi orada aparıldığı üçün vətəndaşlıq vəziyyəti aktı qeydiyyatında düzəliş etmək mümkün deyildir. Həm də doğum haqqında şəhadətnaməsini itirmişdir. Atası Bayraməlinin adına ünvan 1 ünvanında ev vardır. Ata və anası rəhmətə gedikdən sonra onun adına olan evə vərəsəlik işi açılmışdır. Onun doğum haqqında şəhadətnaməsinində ata adının dügün yazılmaması onun atasından miras qalmış əmlakı öz adına keçirməsinə imkan vermir. Ona görə də onun xx.xx.1959-cu il tarixdə anadan olması, atasının X1, anasının isə X5 qeydə alınması faktının məhkəmə qaydası ilə təsdiq edilməsinə zəruri ehtiyac yaranmışdır. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi X8 vəkili X7 ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq nümayəndəsi məhkəmə icdasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə marqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, işə məhkəmə qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Həmin Qərarın 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-in 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin doğumunu təsdiq edən sənəd yəni doğum haqqında şəhadətnaməsinin notarial qaydada bərpa olunmuş surəti mövcuddur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi X8 Gəncə şəhəri Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3531/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3531/2020
04.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver