Məhkəmə qərarları › İş №2(043)-3547/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3547/2021

01.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3547/2021 01.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu Ərizəçilər Ərizəçi1 və X1 «mirasın qəbul edilməsi vaxtının uzadılması» barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və X3 xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək anaları X2 miras qalmış əmlakın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizə və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, ərizənin forma və məzmunu ilə bağlı tələblərə riayət edilməmişdir. Ərizəçilər öz ərizələrini vərəsəlik işinin açılması zamanı vərəsələr arasında mübahisə yarandığından notariusun vərəsəlik işini açmaqdan imtina etməsi ilə əsaslandırmışlar. Ərizə xüsusi icraat qaydasında verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin siyahısı göstərilmişdir. Məcəllənin 305.1-ci maddəsində xüsusi icraat qaydasında baxılan işlərin siyahısı göstərilmişdir. Həmin siyahıda mirasın qəbulu üçün müəyyən edilmiş müddətin uzadılması barədə işlər yoxdur. Məcəllənin 305.2-ci maddəsində isə Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılmasının da nəzərdə tutula biləcəyi qeyd edilmişdir. Mirasın qəbulu üçün müddətin məhkəmə tərəfindən uzadılması imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsində nəzərdə tutulmuşdur. Lakin bu növ tələblərə xüsusi icraat qaydasında baxılması nə həmin maddədə, nə də başqa qanunda nəzərdə tutulmamışdır. Belə olan halda mirasın qəbulu üçün müddətin uzadılması məsələsinə xüsusi icraat qaydasında baxıla bilməz. Ərizəçilər hazırkı tələbə notariat hərəkətlərindən verilən şikayət kimi xüsusi icraat qaydasında baxılmalı olmasını qeyd etsələr də, məhkəmə ərizəçilərin nəzərinə çatdırır ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə xüsusi icraat qaydasında baxılmasını tənzimləyən 38-ci fəsil 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır. Bu da həmin tələblərə iddia icraatı qaydasında baxılmalı olduğunu göstərir. Hazırkı tələbə iddia icraatı qaydasında baxılmalı olduğu nəzərə alındıqda iddia ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilmədiyi aydın olur. Belə ki, ərizədə cavabdeh(lər), onların poçt ünvanları göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi1 və X1 «mirasın qəbul edilməsi vaxtının uzadılması» barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar