Məhkəmə qərarları › İş №2(043)-3557/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-3557/2020

01.12.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3557/2020 01.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanılmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan ünvan 1 B, mənzil 38 ünvanında yerləşən 17,9 kvm, bir yaşayış otağından ibarət olan mənzilin alqı-satqı müqaviləsinin X8 ilə bağlanılmış hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 B, mənzil 38 ünvanında yerləşən 17,9 kvm, bir yaşayış otağından ibarət olan mənzil şəxsi mülkiyyət hüququ əsasında Gəncə şəhəri, Kəpəz rayon XDS İcraiyyə Komitəsinin 16 nömrəli xx xxxxxx 1987-ci il tarixli qərarı əsasında Cavabdeh adına qeydə alınmışdır. 1996-cı ildə həyat yoldaşı X2 Hüseynovun adına olan mənzili almaq məqsədilə Cavabdeh ilə razılığa gəlmiş və ondan Gəncə şəhər 4 nömrəli dövlət notarial kontorundan xx xxxx 1996-cı il tarixli öz adına etibarnamə almışdır ki, sonra mənzili onun adına rəsmiləşdirsin, lakin onların başı qarışdığından mənzili sənədləşdirə bilməmişlər. Cavabdeh Elxan Hüseynova etibarnamə verdikdən sonra, həmin mənzili 1900 (bir min doqquz yüz) ABŞ dollarına Elxan Hüseynova satması barədə qəbz yazıb vermişdir. Həyat yoldaşı X8 xx xxxx 2009-cu il tarixdə vəfat etmişdir. 1996-cı ildən hal-hazıra kimi, yəni 24 ildir ki, o ailəsi ilə birlikdə həmin mənzildə yaşayır, həmin daşınmaz əmlaka sahiblik, ondan istifadə edirəm, bütün kommunal xərclərini ödəyi, lakin hazırda Cavabdeh harada yaşaması barədə məlumatı yoxdur və onun harada olmasını müəyyən etmək mümkün deyil, çünki Cavabdeh mənzili satarkən o, həmin mənzildə tək özü qeydiyyatda olmuşdur, ondan başqa heç kim həmin mənzildə qeydiyyatda olmamışdır. Eşitdiyinə görə Cavabdeh mənzili satdıqdan sonra daimi yaşamaq üçün Rusiyə Federasiyasına köçmüşdür. Hal-hazırda o, Cavabdeh tapa bilmədiyi üçün mənzili öz adına sənədləşdirə bilmir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi, bina 119B, mənzil 38-də yerləşən evə dair Cavabdeh ilə X5 arasında xx xxxx 1996-cı il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını, eyni zamanda cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün mülki işə qiyabi icraat qaydasında baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, iddiaçı tərəf isə işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək yazılı formada razılığını ifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Göstərilənləri nəzərə almaqla məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 nikahı xx.xx.1990-cı il tarixdə Şəki rayonu Baş Künküt kənt soveti tərəfindən 50 nömrə ilə qeyd etdirməklə bağlanılmışdır. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında xx.xx.1999-cu il tarixli 1529 saylı arayışdan görünür ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 119B mənzil 38-də yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyətindədir və arayışda onun ailə üzvü kimi yalnız özü qeyd edilmişdir. İş materiallarında olan Gəncə Dövlət Texniki İnventarlaşdırma bürosu tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri, Ü.Hacıyev küçəsi bina 119 B, 38 saylı mənzil Gəncə şəhəri, Kəpəz rayon XDS İcariyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 16 nömrəli qərarı ilə şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmış, reyestr kitabında 15220 nömrəsi ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx xxxx 1996-cı il tarixli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ona məxsus olan Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 119B mənzil 38-də yerləşən mənzili öz mülahizəsinə görə satmağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi X7 etibar etmişdir. Həmin etibarnamə xx.xx.1999-cu ilədək qüvvədə olmuşdur. İş materillarında olan xx.xx.1996-cı il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh ona məxsus bir otaqlı mənzili X1 və bunun müqabilində X4 1900 ABŞ dolları pul vəsaitini almasını qeyd etmiş və qəbzi öz imzası təsdiq etmişdir. İş materiallarında xx.xx.1999-cu il tarixli 719 saylı arayışdan görünür ki, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 119B mənzil 38-də yerləşən mənzil vətəndaş X8 üçün şəxsi mülkiyyət hüququ ilə texniki inventarizasiya bürosunda qeydə alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə Ağstafa rayonunda “travmatik şok, yol nəqliyyat qəzası” səbəbindən ölmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 3 mənzil 38 ünvanda yerləşən mənzil Cavabdeh adına qeydə alınmış, cavabdeh xx.xx.1996-cı il tarixdə həmin mənzili iddiaçının həyat yoldaşı X7 faktiki olaraq satmış, həmin vaxt cavabdehin özü bu barədə qəbz yazaraq öz imzası ilə təsdiq etmişdir. Lakin, tərəflər mənzilin alqı-satqı müqaviləsini notarial qaydada yazılı müqavilə imzalamaqla rəsmiləşdirməmişlər. Həmin dövrdən hal-hazıradək qeyd olunan mənzildə fasiləsiz olaraq iddiaçı və onun ailə üzvləri yaşamış və mənzilə sahiblik etmişlər. Başqa sözlə, tərəflərin hər ikisi alqı-satqı müqaviləsini faktiki olaraq icra etmişlər. Lakin, onlar əqdin notarial qaydada təsdiq edilməsindən boyun qaçırmışlar. İddiaçının həyat yoldaşı Elxan Hüseynov xx.xx.2009-cu il tarixdə ölmüşdür. Mənzilin əvvəlki mülkiyyətçisi olan Cavabdeh isə hazırda harada olmasından iddiaçının məlumatı yoxdur. Qeyd edilənlər səbəbindən alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, iddiaçı mənzilin alıcısının hüquqi varisi kimi həmin mənzilə dair müvafiq sənədləşdirmə işlərini apara bilmir. Bu səbəbdən o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunda tələb olunan notariat formasına riayət edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normasını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ilə X8 arasında ünvan 4 38 ünvanda yerləşən mənzilə dair xx.xx.1996-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 4 38 ünvanında yerləşən mənzilə dair Cavabdeh ilə X8 arasında xx.xx.1996cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar