Məhkəmə qərarları › İş №2(043)-3588/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3588/2021

10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3588/2021 10.11.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı doğumun qeydə alınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1956-cı il tarixdə Ermənistan Respublikası, Eçmiədzin rayonunda doğumunun qeydə alınması, doğum akt qeydi aparılarkən soyadının Sadıqova, adının Gülşən ata adının Fərəc, ata qrafasında X12 ana qrafasında X3 qeydə alınması faktının müəyyən edilməsinə və doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi o, xx xxxxxx 1956-cı il tarixdə Ermənistan Respublikası, Eçmiədzin rayonunda anadan olmuş və doğulduğu yer üzrə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin 1988-ci il tarixdə yaşadıqları yerdən deportasiya olunmuşlar. Həmin vaxtı doğum haqqında şəhadətnaməsini itirmişdir. Belə ki, nikaha daxil olarkən ərinin soyadına yəni Quliyeva Soyadına keçmişdir. Lakin 17.01.2017ci il tarixdə X6 ilə aralarında olan nikah pozulmuş və o, keçmiş həyat yoldaşının soyadında qalmışdır. Belə ki, nikaha daxil olana qədər həmişə Sadıqova soyadı ilə olmuş, ümumiyyətlə doğum haqqında şəhadətnaməsinin soyadı qrafasında Sadıqova qeyd edilmiş, buna görə nikaha daxil olmamışdan əvvəl bütün sənədlərdə X2 qeyd edilmişdir. Onun bütün sənədlərində soyadı Sadıqova göstərildiyi halda şəxsiyyət vəsiqəsinidə keçmiş ərinin soyadı kimi Quliyeva qeyd olunmuşdur. Qızlıq soyadına qayıtmaq üçün Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş və cavab olaraq bildirmişlər ki, doğum haqqında şəhadətnamə olmadığından ərizənin təmin olunması imkan xaricindədir. Doğumunun qeydə alınması barədə arxiv sənədlərini əldə edə bilmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir.Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsi məhkəməyə məktub ünvanlayaraq ərizəyə qarşı rəy və etirazlarının olmadığını bildirərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Belə ki, Gülşən Müşfiqlə evlənmiş və 2017-ci il tarixdə boşanmışlar. Gülşən Ermənistanda doğulmuşdur. Doğum haqqında şəhadətnaməsinin ordan qaçarkən itdiyini söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, Ərizəçi bacısı oğlu ilə evlidir. Belə ki, Ərizəçi Ermənistanda anadan olmuşdur. Evlənmiş və ərinin soyadını qəbul etmişdir. Daha sonra isə boşanmışlar. Hal-hazırda öz qızlıq soyadına qayıtmaq istəyir. Lakin doğum haqqında şəhadətnaməsi olmadığından bunu edə bilmir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin elektron çıxarışından görünür ki, Ərizəçi xx.xx.1956-ci il tarixdə Ermənistan, Eçmiədzin rayonunda doğulmuşdur. 30.09.2021-ci il tarixli, 934 nömrəli çıxarışdan görünür ki, X8 ilə X9 arasında 21.09.2015-ci il tarixdə 371 nömrə ilə nikah akt qeydi bağlanmışdır.Nikah bağlandıqdan sonra ərə Quliyev arvada Quliyeva soyadı verilmişdir. Qeyd edilən şəxslərin nikahı 17.01.2017-ci il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra ərə Quliyev arvada Quliyeva soyadı verilmişdir. 29.03.2015-ci il tarixli 4Ə-886 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindn görünür ki, X1 şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, ev 391, mənzil 5 ünvanını satın almışdır. 03.04.2015-ci il tarixli RX ******* seriyalı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 83, ev 391, 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X5 məxsusdur. 30.06.2021-ci il tarixli, 211 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında yaşayır. Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinin 22.06.2021-ci il tarixli, 61 nömrəli məktubundan görünür ki, X4 doğum haqqında şəhadətnamənin verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- Ailə Məcəlləsi) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və içtimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Ailə Məcəllənin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Ailə Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə də işlərə baxır.(MPM. mad. 307.2.3) MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1956-ci il tarixdə Ermənistan Respublikası Eçmiədzin rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilməli, doğum akt qeydi aparılarkən soyadının Sadıqova, adının Gülşən, ata adının Fərəc , ata qrafasında ata adının X12, ana qrafasında ana adının X3 qeydə alınması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin olunsun. Ərizəçi xx.xx.1956-ci il tarixdə Ermənistan Respublikası Eçmiədzin rayonunda doğumunun qeydə alınması faktı müəyyən edilsin, doğum akt qeydi aparılarkən soyadının Sadıqova, adının Gülşən, ata adının Fərəc, ata qrafasında ata adının X12, ana qrafasında ana adının X3 qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar