Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-36/2020 19.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ HakimTağıyev Cavid Tahir oğlunun sədrliyi,Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər «xxxxxxxxxxx» QSC-yə və Cavabdeh2 qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i : İddiaçı cavabdehlər «xxxxxxxxxxx» QSC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xxxxxxxxxxx» QSC ilə onun arasında bağlanmış 06S000014522 nömrəli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı 04.02.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək «xxxxxxxxxxx» QSC ilə arlarında yaranmış problemlər məhkəmədən kənar öz həllini tapdığıüçün işüzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdehlər «xxxxxxxxxxx» QSC-yə və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədəməhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının imtinası hər hansı tərəfin hüququnu pozmadığından qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261-ci maddəsində icraata xitam verilmənin əsasları göstərilmişdir. Həmin Məcəllənin 261.0.4.-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa işüzrə icraata xitam verilməlidir. Tərəflərə izah edilməlidir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 263-264, 266, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər «xxxxxxxxxxx» QSC-yə və Cavabdeh2 qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-36/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-36/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver