Məhkəmə qərarları › İş №2(043)-3605/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3605/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3605/2020 07.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, iddiaçılar İddiaçı, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh1 cavabdehlər Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “özbaşına inşa edilmiş barının sökülərək zəbt edilmiş ümumi istifadədə olan yolun açılması tələbi”nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh1 cavabdehlər Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “özbaşına inşa edilmiş barının sökülərək zəbt edilmiş ümumi istifadədə olan yolun açılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçıların və cavabdehlərin hər birinin poçt ünvanı kimi “Gəncə şəhəri, Dəmiryolaltı Çay depo qəsəbəsi, 12-ci küçə” göstərilmişdir ki, əvvəla bu cür ünvan tərəflərin poçt ünvanı sayıla bilməz, digər tərəfdən həmin ünvanlar qeyri-müəyyən olduğundan tərəflərə məhkəmə bildirişinin çatdırılması mümkün deyildir. Poçt ünvanı elə bir şəkildə göstərilməlidir ki, xüsusi vasitələrdən istifadə edilmədən tərəfin yaşadığı yeri müəyyən etmək, məhkəmə sənədlərini ona çatdırmaq mümkün olmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.2-ci maddəsinin göstərişinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Mülki-Prosessual Məcəllə 152.4-cü maddə). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh1 cavabdehlər Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “özbaşına inşa edilmiş barının sökülərək zəbt edilmiş ümumi istifadədə olan yolun açılması tələbi”nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar