Məhkəmə qərarları › İş №2(043)-3608/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3608/2020

19.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3608/2020 19.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladları X3 və X4 ilə birlikdə ünvan 1 mənzil 18 ünvanına köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə el adəti ilə evlənərək ailə həyatı qurmuş və xx xxxxxx 2003-cü il tarixdə Kəlbəcər rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2002-ci il tarixdə Valeh və xx xxxxxxx 2004-cü il tarixdə Kənan adlı uşaqları anadan olmuşdur. Gəncə şəhərində 1500 ailəlik qəsəbədə onların ailəsinə 3 otaqlı yaşayış evi verilmişdir. Onlar hazırki vaxta kimi uşaqları ilə həmin evdə yaşasalarda cavabdeh onları evə buraxmır. Hətta polis əməkdaşları təklif etsələr də buna imkan verməmişdir. Hazırda o və iki azyaşlı uşaqları hər gün bir yerdə qalmalı olurlar. Yaşayış şəraitləri çox pisdir. Bu səbəbdən də o, müdafiə üçün məhkəməyə müraciət etməyə məcbur olub. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzildən müvəqqəti çıxsa da daimi olaraq başqa mənzilə köçməmiş, özünün həmin mənzildən başqa yaşayış sahəsi yoxdur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ilə bir yerdə yaşamaq istəmir. O məcburi köçkündür, lakin iddiaçı yox. Uşaqların gəlib qalmağına razıdır. Amma iddiaçı ilə bir yerdə qalmaq istəmir, çünki boşanmışlar. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Kəlbəcər rayon İHB-nin Aşağı Ayrım kənd İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 126 nömrəli arayışından görünür ki, İddiaçı, Cavabdeh, X3 və X1 şəhəri, Məcburi köçkünlər qəsəbəsi, bina 18, mənzil 18 ünvanında məskunlaşmışlar. İşin materiallarına əlavə olunmuş AZ-İ seriyalı 533197 nömrəli, AZ-İ seriyalı 229871 nömrəli doğum haqqında şahadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2004-cü ildə X4 və xx.xx.2002-ci ildə X3 doğulmuşlar. Şəhadətnamələrdə uşaqların ataları Cavabdeh, anaları İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 037909 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2003-cü il tarixində Kəlbəcər VVAQ şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli, 18/18 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departeminti tərəfindən ünvan 1 mənzil 18 nömrəli ünvan Cavabdeh kirayəyə verilərək müqavilə bağlanmışdır. İddiaçı, X3 və X4 isə kirayəçinin ailə üzvləri kimi qeyd edilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən kirayəçi öz ailə üzvlərini (kirayəçi ilə birgə yaşayan arvadı, (əri), uşaqları və valideynləri; habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyətli olmayan kirayəçinin himayəsində olanlar; müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsinə köçürmək hüququna malikdir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair həmin Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ilə xx xxxxxx 2003-cü ildə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2004-cü ildə X4 və xx.xx.2002-ci ildə X3 doğulmuşlar. Gəncə şəhəri, məcburi köçkünlər qəsəbəsi bina 18, 18 nömrəli mənzil xx.xx.2014-cü il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin 18/18 nömrəli kirayə müqaviləsi əsasında, yəni tərəflərin nikahda olduqları dövrdə Cavabdeh sahibliyinə və istifadəsinə verilmiş. Həmin müqavilədə iddiaçı və iki övladı kirayəçinin ailə üzvü kimi qeyd olunmuş və məcburi köçkün olmaqla xüsusi təyinatlı yaşayış sahəsinə dair kirayə müqaviləsi əsasında Gəncə şəhərində yerləşən məcburi köçkünlər üçün salınmış qəsəbədə 18 saylı binanın 18 saylı mənzilindən istifadə hüququ əldə etmişlər. Hazırda iddiaçı və himayəsində olan iki yetkinlik yaşına çatmayan övladının həmin mənzildən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən maneə yaradılır. Kirayə müqaviləsi ləğv edilmədiyindən və ona xitam verilməsi üçün əsaslar olmadığından iddiaçının və iki övladının həmin mənzildən istifadə hüququnun məhdudlaşdırılması yolverilməzdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı və iki övladı mübahisəli mənzilə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı övladları X3 və X4 ilə birlikdə ünvan 1 mənzil 18 ünvanına köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar