Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3635/2020 10.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Salmanova Elmı̇ra Adı̇l qızına qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Salmanova Elmı̇ra Adı̇l qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 29 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi 119 B saylı binanın 29 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxx 2012-ci il tarixdə qeydiyyata alınmaqla verilmiş ******* №-li çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı həmin mənzili xx xxxxx 2012-ci i! tarixdə X2 alqı-satqı müqaviləsi əsasında almışdır. İddiaçı cavabdehləri tanımır. Onların hansı qaydada onun mülkiyyətinə pasport qeydiyyatına alınmasından məlumatı yoxdur. O, cavabdehləri tanımadığı üçün onları tapa bilmir və onların onun mülkiyyətində olan mənzilindən çıxmalarını tələb edə bilmir. Cavabdehlər onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında olduqlarından, o, cavabdehlərin əvəzinə əlavə kommunal xərclər ödəməyə məcbur edilir ki, bu da onun ailə büdcəsinə təsir edir və mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də, hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, cavabdehlər iddiaçıya məxsus mənzilin əvvəlki sakinləri olmuşlar. Mənzil satıldıqdan və mülkiyyətçinin dəyişdiyi vaxtdan sonrakı müddətdə onlar sözügedən mənzildə yaşamamışlar. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Salmanova Elmı̇ra Adı̇l qızı oğlu məhkəmə baxışı iclasında iştirak etməmişlər. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxx 2012-ci il tarixli AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X1 şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyov küçəsi, bina 119B, mənzil 29 alıcı İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad ev verməyi, müqavilənin 13-cü bəndində isə satıcı müqavilə notariat qaydasında on gün müddətində satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 29 saylı mənzili şəxsi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2012-cı il tarixdə qeydə alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh2 və xx.xx.1977-ci il təvəllüdlü Salmanova Elmı̇ra Adı̇l qızı ünvan 2 mənzil 29 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat birliyi 13 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli № 145 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ünvan 4, mənzil 29 ünvanında qeydiyyatdadır və yaşayır. Mənzildə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Salmanova Elmı̇ra Adı̇l qızı qeydiyyatda olmalarına baxmayaraq uzun müddətdir həmin mənzildən köçmüşlər və orada yaşamırlar, onlar haqqında heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, ünvan 4 ünvanda yerləşən 29 saylı mənzil xx xxx 2012-ci il tarixdən iddiaçının mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Salmanova Elmı̇ra Adı̇l qızı isə əvvəlki mülkiyyətçinin ailə üzvü olmaqla həmin mənzildə yaşamış və qeydiyyata alınmışlar. Cavabdehlər qeyd olunan mənzildən köçsələr də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya heç bir aidiyyəti olmayan şəxslərin mənzilində qeydiyyatda qalması ona mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququ məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Salmanova Elmı̇ra Adı̇l qızının ünvan 1 29 ünvanda yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3635/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3635/2020
10.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver