Məhkəmə qərarları › İş №2(043)-369/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-369/2022

26.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-369/2022 26.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyiinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyiinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 18 saylı Regional Ərazi filialına qarşı iş stajı faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, müəyyən etdi : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyiinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 18 saylı Regional Ərazi filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək onun 28.11.1979-cu il tarixdən 18.12.1988-ci il tarixinədək Ermənistan Respublikasının, Vardenis rayonunun, Kiçik Məzrə kolxozunda sağıcı işləməsi faktının müəyyən olunmasına və sosial sıgorta stajına daxil edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 167-ci maddəsinin göstərişinə uyğun olaraq tərəflərin iştirakı ilə işin məhkəmə baxışına təyin edilməsi məsələsi müzakirə edilərkən ərizəçi məhkəməyə ərizə təqdim edərək ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyiinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 ərizə təqdim edərək işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyiinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 18 saylı Regional Ərazi filialına qarşı iş stajı faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənləri nəzərərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170.1, 264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyiinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin 18 saylı Regional Ərazi filialına qarşı iş stajı faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar