Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3707/2020 10.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment üzrə borcları ödəməkdən azad edilmə və aliment öhdəliklərinə xitam vermə" tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sərtləşdirilmiş karantin rejimi dövründə muzdlu əməklə məşğul ola bilmədiyinə görə 520 manat məbləğində aliment üzrə borcları ödəməkdən azad edilmə və aliment öhdəliklərinə tamamilə və ya qismən xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Bu rəsmi evlilikdən xx.xx.2010-cu il tarixdə oğlu X7 anadan olmuşdur. Cavabdehin Kəpəz rayon Məhkəməsinə nikahın pozulması haqqında verdiyi iddia əsasında Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında olan xx.xx.2010-cu il tarixdə Kəpəz rayon qeydiyyat şöbəsində bağlanmış nikah ləğv olunmuşdur. Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(043)-1356/2012 saylı qətnaməsi ilə xx.xx.2010-cu ildə doğulmuş oğlu X2 üçün hər ayda 50 (əlli) manat olmaqla aliment tutulub. Sonra cavabdeh 2014-cü ildə yenidən alimentin miqdarının artırılması tələbi ilə Kəpəz rayon Məhkəməsinə iddia vermiş icraatda olan ərizəsinə baxılmış, məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsilə aliment miqdarı artırılaraq hər ay 80 (səksən) manat miqdarında tutulması qət edilmişdir.Cavabdehi bu məbləğ də qane etməmiş, o, yenidən alimentin miqdarının artırılması tələbi ilə Kəpəz Rayon Məhkəməsinə iddia vermiş, məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsində övladının saxlanılması üçün hər ay 117 manat ondan sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh buna da qane olmamış Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(043)-959/2019 saylı qətnaməsilə cavabdehin iddia tələbi təmin olunmuş, hər ay müəyyən olunmuş 117 manat aliment dəyişdirilərək ondan hər ay X1 görə 140 manat məbləğində aliment tutulması qət edilmişdir.Alimenti sabit pul məbləğində miqdarının artırılması ilə bağlı aparılan məhkəmə proseslərində məhkəmələr onun vəziyyəti ilə, maddi imkanı ilə maraqlanmamış, fikirlərini çatdırmağa, izahat verməyə ona imkan yaradılmamış, hansı durumda olduğu diqqət mərkəzinə gətirilməmiş, birmənalı şəkildə cavabdehin saxta yalan ifadələri dinlənmiş, maraqları müdafiə olunmuşdur. O pandemiya başlayanadək nə qədər çətin olsa da alimenti vaxtında ödəmişdir. Bunlar hamısı bir yana, iddia tələbini əsaslandırmaq üçün aşağıdakı halları məhkəməyə bəyan edir: O əvvəllər Rusiya Federasiyasına gedib oradan günəmuzd işlərlə məşğul olur, ailəsini dolandırırmışdır. Cavabdehin üzündən ailənin dağılması, nikahın pozulması və aliment kəsilməsi nəticəsində ona ölkədən kənara çıxmağa qadağa qoyulub. Ona görə də yaman yoxsul vəziyyətə düşmüşdür. Azərbaycanda isə iş məsələsi olduqca problemlidir. Onun heç bir yerdən gəlir mənbəyi yoxdur. Məhkəmələr bu vəziyyətini heç vaxt nəzərə almayıblar. Belə olduğu halda o alimenti necə ödəyə bilər. Pandemiya dövründə 190 manat birdəfəlik müavinəti də ala bilməmişdir. Hazırkı vaxtda çörək puluna belə möhtacdır. Belə olduğu halda məhkəmə onun hüquqlarını da müdafiə etməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, cavabdeh onun qızıdır. İddiaçı qərəzli olaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəmir. Cavabdeh uşağını saxlamaqda çətinlik çəkdiyindən, alimentin vaxtında ödənilməsini istəyir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-959/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahında doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-819/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə hər ay müəyyən olunmuş 117 (yüz on yeddi) manat aliment dəyişdirilərək, İddiaçı hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1). “Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam şəraitdə böyütməli, ümumtəhsil və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflərin faktiki nikahlarından xx.xx.2010-cu il tarixdə Vaqif adlı uşaqları anadan olmuşdur. Tərəflərin arasında münasibətlərin pozulması səbəbindən aralarında olan rəsmi nikah məhkəmə qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmamış uşaq Cavabdeh yanında saxlanılmışdır. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən uşağın saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan 117 manat alimentin miqdarı artırılaraq hər ay 140 manat aliment təyin edilmişdir. Halhazırda iddiaçı maddi vəziyyəti ilə əlaqədar yaranmış 520 manat aliment borcunu ödəməkdən azad edilməsini və aliment öhdəliklərinə tamamilə və ya qismən xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 113.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. 113.2-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; aliment ödənilən uşaq övladlığa götürüldükdə; aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Məhkəmə araşdırılması zamanı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment borcundan azad edilməsi və ya aliment öhdəliklərinə xitam verilməsi üçün iddiaçının ailə və ya maddi vəziyyətində yuxarıda qeyd edilən halların olması müəyyən edilməmişdir. Digər tərəfdən, iddiaçı aliment üzrə yaranmış borcun onun xəstəliyi və ya digər üzrlü səbəblərə görə əmələ gəldiyini təsdiq edən sübutlarını da məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq etməklə belə qənaətə gəlir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının səhhətində, ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmaması, eləcə də uşağın mənafeyi nəzərə alınaraq, onun sağlam şəraitdə böyüməsi və tərbiyəsi, maddi tələbatlarının təmin edilməsi üçün iddia rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Vaqı̇f oğlunun cavabdeh Sadixova Samı̇rə Eldənı̇z qızına qarşı "aliment üzrə borcları ödəməkdən azad edilmə və aliment öhdəliklərinə xitam verilmə" tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-3707/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3707/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver