Məhkəmə qərarları › İş №2(043)-3731/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3731/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3731/2020 22.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Gəncə Asan Xidmət mərkəzinin Notariat Konturu və maraqlı şəxs 3 saylı DƏDRX-ya qarşı «bağışlama müqaviləsinin etibarsızlığı və ondan irəli gələn hüquqi nəticənin ləğvi» tələbinə ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Gəncə Asan Xidmət mərkəzinin Notariat Konturu və maraqlı şəxs 3 saylı DƏDRX-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 4Ə-06-1615 saylı bağışlama müqaviləsi etibarsız hesab edilməsini və ondan əmələ gələn hüquqi nəticələrin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsini yoxlayarkən müəyyən edilmişdir ki, iddia tələbində qeyri-müəyyənlik olmaqla, cavabdehlərin hər birinə qarşı yönələn tələbi müəyyən etmək mümkün deyil, iddia tələbi əsaslandırılmamış və tələbin əsasını təşkil edən sübutlar iddia ərizəsinə əlavə edilməmiş, bununla da ərizənin forma məzmuna dair tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3.-ci maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.4.-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Məhkəmə qeyd edir ki, iddia tələbinin cavabdehlərə aidiyyətinin olmasını, iddiaya cavab verməli olan şəxsləri iddia ərizəsindən müəyyən etmək mümkün olmadığı kimi, iddia tələbində bununla bağlı hər hansı bir dəlil irəli sürülməmiş və əsaslandırılmamışdır. Bununla da iddiaya cavab verməli olan şəxsi müəyyən etmək və tələbin göstərilən cavabdehlərə yönəlməsini müəyyən etmək mümkün deyil. Həmçinin xx.xx.2014-cü il tarixli, 4Ə-06-1615 saylı bağışlama müqaviləsi iddia ərizəsinə əlavə edilməmiş və onun hansı səbəbdən etibarsız hesab edilməsi iddia ərizəsində əsaslandırılmamış, tələbi təsdiq edən hər hansı bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Gəncə Asan Xidmət mərkəzinin Notariat Konturu və maraqlı şəxs 3 saylı DƏDRX-ya qarşı «bağışlama müqaviləsinin etibarsızlığı və ondan irəli gələn hüquqi nəticənin ləğvi» tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar