Məhkəmə qərarları › İş №2(043)-3794/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3794/2020

10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3794/2020 10.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Ərizəçilər Ərizəçi1 Məhəmməd oğlunun, Ərizəçi2İbat oğlunun,Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, X1, Ərizəçi8, Ərizəçi10 və X2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 Maraqlı şəxs4 və qeyrilərinə qarşı «maraqlı şəxslərin özəlləşmədə iştirak etməmələri və pay hüquqlarının yaranmaması faktının müəyyən edilməsi»nə dair ərizənin məhkəmə icraatının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, Müəyyən etdim : Ərizəçilər Ərizəçi1 Məhəmməd oğlu, Ərizəçi2 İbat oğlu,Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 Ərizəçi6, X1, Ərizəçi8, Ərizəçi10 və X3 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 Maraqlı şəxs4 və qeyrilərinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək «maraqlı şəxslərin özəlləşmədə iştirak etməmələri və pay hüquqlarının yaranmaması faktının müəyyən edilməsi»nə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyn olundu ki, ərizəçilərin verdikləri eyni məzmunlu ərizələri X7 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli,2(043)-2815/2020 nömrəli qərardadı ilə MPM-in 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmış, həmin qərardadda ərizənin geri qaytarılması səbəbləri və ərizəçilərə məhkəmədən kənar işin həlli qaydası izah edilmişdir. Lakin ərizəçilər qərardadda göstərilən halları aradan qaldırmadan yenidən eyni formada məhkəməyə ərizə vermişlər. Belə olan halda hesab edirəm ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçilər Ərizəçi1 Məhəmməd oğlunun, Ərizəçi2 İbat oğlunun,Ərizəçi3, Ərizəçi4, Ərizəçi5, Ərizəçi6, X1, Ərizəçi8, Ərizəçi10 və X2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 Maraqlı şəxs4 və qeyrilərinə qarşı «maraqlı şəxslərin özəlləşmədə iştirak etməmələri və pay hüquqlarının yaranmaması faktının müəyyən edilməsi»nə dair ərizələri geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində X7 Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar