Məhkəmə qərarları › İş №2(043)-3803/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3803/2020

30.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3803/2020 30.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə Gəncə şəhər Hacıkənd qəsəbəsində evdə doğulmuş X8 doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı AR Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, övladı X8 xx.xx.2020-cı il tarixdə Gəncə şəhəri Hacıkənd qəsəbəsində ev şəraitində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1985-ci ildə Azərbaycan Kəlbəcər rayonun Dərəqışlak kəndində anadan olmuşdur. xx.xx.2010-cu ildə əri X9 ilə el adəti ilə toyları olmuş, lakin nikahlarını qeyd etdirmədən ailə qurmuşdulaar. xx.xx.2011-ci ildə birinci övladları X13 ev şəraitində dünyaya gəlmiş, ikinci övladları X15 da xx.xx.2013cü ildə ev şəraitində doğulmuş və hər ikisinin doğum haqqında şəhadətnamələri Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmişdir. Lakin üçüncü uşağı X3 karantin dövründə xx.xx.2020-ci il tarixdə ev şəraitində doğulmuşdur. gəldi. Bu zaman onun Hacıkənd qəsəbəsində qeydiyyatı ilə bağlı akt tərtib edilmiş və Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi 3 saylı uşaq poliklinikasına verilmiş və uşağa lazımlı bütün peyvəndlər 3 saylı uşaq poliklinikasında vurulmuşdur. Hazırda uşağın ev şəraitində doğulması barədə Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi 3 saylı uşaq poliklinikasının xx.xx.2020-cı il tarixli 323 nömrəli arayışı mövcuddur. Uşaq ev şəraitində doğulduğu üçün, ona hüquq müəyyənedici sənəd olan doğum haqqında şəhadətnaməni Gəncə şəhər Qeydiyyat şöbəsi verməkdən imtina edilmişdir. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirdi ki, övladı Yusif tibb müəssisəsindən kənar, ev şəraitində xx.xx.2020-ci il tarixdə yaşadıqları Gəncə şəhəri, Kəpəz Rayonu, Hacıkəndə qəsəbəsində doğulmuşdur. Uşağa doğum haqqında şəhadətnamənin verilməsi üçün Kəpəz Rayon Qeydiyyat şöbəsinə müraciət etsə də doğum haqqında şəhadətnamə verilməkdən imtina olunmuşdur. Yusifin hazırda şəxsiyyətini müəyyən edən sənədi yoxdur. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin, ərizə ilə məhkəməyə müraciət edərək, ərizəyə dair hər hansı rəy və etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirmişdir ki, Gəncə şəhər 3 №-li poliklinikada tibb bacısı işləyir. Ərizəçinin yaxınları onu həkimə apara bilmədikləri üçün ərizəçi doğuşu ev şəraitində həyata keçirmişdir. Uşaq doğulmamışdan öncə, ərizəçinin qaynanası doğuşda iştirak etmək üçün təcili onlara müraciət etmişdir. Lakin o və iş yoldaşı olan X10 ilə xx.xx.2020-ci il tarixdə ərizəçinin yaşadığı evdə olan zaman, artıq ərizəçinin bir nəfər kişi cinsindən olan uşaq doğmasının şahidləri olmuşdurlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 digər şahid X12 ilə oxşar məzmunda izahat verib onun dediklərini təsdiq etdi. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materialların əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Qeydiyyat Şöbəsinin ərizəçinin əri X4 ünvanladığı xx.xx.2020-ci il tarixli, məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə ev şəraitində anadan olmuş oğlan övladının doğum faktını təsdiq edən F-103 doğum haqqında tibbi şəhatənmamim təqdim edə bilmədiyindən, müraciətin təmin edilməsinin imkan xaricində olduğu bildirilmişdir. İş materiallarına əlavə edilmiş 3 saylı uşaq poliklinikası tərəfindən Ərizəçi verilmiş xx.xx.2020-ci il tarixli, 323 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən xx.xx.2020-ci ildə Hacıkənd qəsəbəsində ev şəraitində oğlan uşağı doğmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Ərizəçi və X2 şəhəri Kəpəz Rayonu Hacıkənd qəsəbəsi 1 may küçəsi, 3 nömrəli evdə yaşayırlar. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X1 Xalidə Qəzənfər qızı arasında xx.xx.2015-ci il tarixdə nikah bağlamış, nikah bağlandıqdan sonra ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin edilmiş surətlərindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X11 atası X9, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş Gəncə şəhər İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Gəncə şəhər Kəpəz rayon Hacıkənd qəsəbəsi Kəpəz küçəsi (keçmiş 1 may küçəsi) 3 №-li evdə yaşayan X5 nikahda olan X9 ilə hamiləliyindən xx.xx.2020-ci il tarixdə saat 11:10-da tam sağlam bir oğlan uşağını doğmuşdur. İş materiallarına əlavə olunmuş Göygöl rayon mərkəzi xəstəxanasının xx xxxxxxx 2020-ci il tarixli 311 №-li arayışından görünür ki, Ərizəçi xx.xx.2020-ci il tarixdə 34 həftəlik İİİ hamiləliklə Göygöl RMX PHŞ-nın qadın məsləhətxanasında qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi ilə X9 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış, onların nikahından xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2014-cü il təvəllüdlü X15 adlı uşaqları vardır. xx.xx.2020-ci il tarixdə ərizəçi ev şəraitində bir nəfər kişi cinsindən olan uşaq dünyaya gətirmişdir. Uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Qeyd edilən fakt məhkəmə iclasında dindirilmiş şahidlərin ifadəsi ilə, eləcə də tədqiq edilmiş sənədlərlə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və bir-birini tamamlayan sübutlar ərizəçinin həqiqətən də xx.xx.2020-ci il tarixdə bir oğlan uşağı dünyaya gətirdiyini təsdiq etdiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx xxxx 2020-ci il tarixdə Gəncə şəhəri, Kəpəz Rayonu, Hacıkənd qəsəbəsində Ərizəçi bir nəfər kişi cinsindən uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar