Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3842/2021 08.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı Gəncə çəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Gəncə çəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış otaqlarından istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Gəncə çəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 2 saylı binanın (yataqxana) 19 saylı otağında qeydiyyatda olan Cavabdeh1, 33 saylı otağında qeydiyyatda olan Cavabdeh2 və 35 saylı otağında qeydiyyatda olan Cavabdeh3 istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 2 saylı bina (yataqxana) Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Həmin binanın 19 saylı otağında qeydiyyatda olan Cavabdeh1, 33 saylı otağında qeydiyyatda olan Cavabdeh2 və 35 saylı otağında qeydiyyatda olan Cavabdeh3 uzun illərdir ki, həmin binada yaşamırlar. Ona görə də, kommunal xərclərin ödənilməsində müəyyən çətinliklər yaranır. Cavabdehlər Əziz Nəzərov küçəsi, 2 saylı binada (yataqxana) qeydiyyatda olmalarına baxmayaraq onlar haqqında heç bir məlumatları yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul edərək həmin 33 nömrəli otaqda yaşamadığını və iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərdən Cavabdeh1 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı Gəncə çəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş məlumatdan görünür ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 2 saylı binada (yataqxana) qeydiyyatda olan şəxslər Cavabdeh1 yataqxananın 19 saylı otağında, Cavabdeh2 binanın 33 saylı otağında, Cavabdeh3 isə 35 saylı otağında qeydiyyatda olmaqla həmin otaqlarda yaşamırlar. İddiaçı MKTİB-i tərəfindən təqdim olunmuş 13 iyun 2021-ci il tarixli şəxsi hesabdan çıxarışlardan görünür ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 2 saylı binanın 35 nömrəli otağında Cavabdeh3, 33 nömrəli otağında Cavabdeh2, 19 nömrəli otağında Cavabdeh1 qeydiyyatdadır. İddiaçı MKTİB-i tərəfindən verilmiş 30.06.2021-ci il tarixli, 855, 857 və 858 saylı arayışlardan görünür ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 2 saylı binanın 19 saylı otağında qeydiyyatda olan Cavabdeh1, 33 saylı otağında qeydiyyatda olan Cavabdeh2 və 35 saylı otağında qeydiyyatda olan Cavabdeh3 uzun müddətdir ki, orada yaşamırlar. Poçt göndərişi haqqında zərflərdən görünür ki, cavabdehlər həmin ünvanda yaşamırlar. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb məhkəmə isclasında tədqiq olunmuş sübutlara hüquq normalarına uyğun olaraq qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi ) 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 2 saylı bina (yataqxana) Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Binanın 19 saylı otağında Cavabdeh1, 33 saylı otağında Cavabdeh2 və 35 saylı isə Cavabdeh3 qeydiyyatda olsalar belə uzun müddətdir ki, orada yaşamırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 2 saylı binanın (yataqxana) 19 saylı otağında qeydiyyatda olan Cavabdeh1, 33 saylı otağında qeydiyyatda olan Cavabdeh2 və 35 saylı otağında qeydiyyatda olan Cavabdeh3 istifadə hüququları itirilmiş hesab edilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən ödənilməmiş 100 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 2 saylı binanın (yataqxana) 19 saylı otağında qeydiyyatda olan Cavabdeh1, 33 saylı otağında qeydiyyatda olan Cavabdeh2 və 35 saylı otağında qeydiyyatda olan Cavabdeh3 istifadə hüququları itirilmiş hesab edilsin. İş üzrə ödənilməmiş 100 manat dövlət rüsumu cavabdelər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3842/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3842/2021
08.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver