Məhkəmə qərarları › İş №2(043)-386/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-386/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-386/2021 13.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 3 saylı notariat kontoru və Azərbaycan Respublikası X14 Komitəsi yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilərək, mülkin əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Gəncə şəhəri 3 saylı notariat kontoru və Azərbaycan Respublikası X14 Komitəsi yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər 3 saylı Dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli 2V-1-10 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş ******* nömrəli çıxarışın ləğv edilərək miras mülkün əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun bacısı, üçüncü şəxs Maraqlı şəxs qardaşı, X5 isə digər bacısıdır. Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 99 saylı ev mülkiyyət hüququ üzrə atası X7 məxsus olmuşdur. Atası xx xxxxxx 2007-ci il tarixdə, anası X12 xx xxxx 1993-cü il tarixdə vəfat etmişlər. Atasının vəfatından sonra hazırda mübahisəli mülkdə daim o yaşamış və mirası idarə edərək və sahiblik etməklə faktiki qəbul etmişdir. Cavabdeh isə hələ atasının sağlığından ailə quraraq Bakı şəhərinə köçmüş, hazırda da orada yaşayır və mirası qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində qəbul etməmişdir. X13 tərəfindən Cavabdeh1 xx.xx.2002-ci il tarixdə verilmiş vəsiyyətnaməyə əsasən Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 99 saylı mülkdən konkret olaraq tikili “A”dan yaşayış sahəsi 17,30 kv.m olan 1 otağı və zirzəmisini, yaşayış sahəsi 24.0kv.m olan 1 otağı və zirzəmisi vəsiyyət edilmişdir. Həmin vəsiyyətnamə haqqında onun məlumatı olmamışdır. Maraqlı şəxs vərəsələrə qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması tələbinə dair” iddia qaldırmışdır. Məhkəmə zamanı məlum olmuşdur ki, Cavabdeh1 mülkün ¼ hissəsini vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi əsasında öz adına rəsmiləşdirmişdir. Lakin, o bununla razılaşmamış, cavabdehə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qarşılıqlı iddia vermişdir. Nizami rayon məhkəməsi qarşılıqlı iddianı təmin etməmişdir. Məhkəmənin həmin iş üzrə qətnaməsindən verdiyi apelyasiya şikayətinə baxılarkən apelyasiya məhkəməsi bildirmişdir ki, cavabdehə verilmiş qarşılıqlı iddiaya ayrıca baxılmalıdır. Ona görə də qarşılıqlı iddiada göstərilən tələbə dair Nizami rayon məhkəməsində iddia qaldırmışdır. Eyni zamanda apelyasiya məhkəməsinə vəsatət verərək verdiyi iddia ərizəsinə dair qanuni qüvvəyə minmiş qətnamə çıxarılanadək apelyasiya şikayətinə baxılmasının dayandırılmasını xahiş etmişdir. Lakin apelyasiya məhkəməsi iş üzrə xx xxxx 2019-cu il tarixdə yeni qətnamə çıxararaq qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində qətnamənin ləğv edilməsini, həmin hissədə ərizənin baxılmamış saxlanılmasını qət etmişdir. Həmin qətnamədən o, kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-968/2020 saylı qərarı ilə Apelyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmışdır. Ali Məhkəmənin qərarında qarşılıqlı iddia ilə əlaqədar göstərilmişdir ki, qarşılıqlı iddianın baxılmamış saxlanılması məsələsi qətnamə ilə deyil, ayrıca qərardadla həll edilməli idi. Apelyasiya məhkəməsinin hazırlıq iclasında ona bildirilmişdir ki, qarşılıqlı iddiada göstərilən tələblə əlaqədar birinci instansiya məhkəməsində ayrıca iddia qaldırılmalıdır. Nizami rayon məhkəməsi verdiyi iddia ərizəsi ilə əlaqədar Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi çıxarılandan sonra yanlış olaraq Gəncə Apelyasiya Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş olduğunu qeyd edərək, iş üzrə icraata xitam verilməsi barədə xx xxxx 2019-cu il tarixli 2(044)-2386/2019 saylı qərardad çıxarmışdır. Halbuki, qərardad çıxarılan vaxt artıq Apelyasiya Məhkəməsinin yeni qətnaməsi çıxarılmışdı. Ona görə də yaranmış vəziyyətlə əlaqədar olaraq hazırkı iddianı verməli olmuşdur. X13 xx xxxxxx 2007-ci il tarixdə vəfat etmiş, yəni miras həmin tarixdə açılmışdır, Cavabdeh1 isə vərəsəliyin qəbulu ilə əlaqədar Notariat Kontoruna xx xxxxxxx 2011-ci il tarixdə müraciət etmiş, vərəsəliyin qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmış, məhkəməyə müddətin bərpası ilə əlaqədar müraciət etməmişdir. Bundan başqa, miras əmlaka dair vəsiyyətnamədə cavabdehə Liter “ A”-da yaşayış sahəsi 17.3 kvm olan 1 otağı və zirzəmisi, yaşayış sahəsi 24.0 kv.m olan 1 otağı və zirzəmisi vəsiyyət edilmişdir. Lakin cavabdeh Gəncə şəhəri 3 saylı notariat kontorunun notariusunun verdiyi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, Liter “A”-2(iki) yaşayış otağı ümumi sahəsi 93.9 kv.m ,yaşayış sahəsi 52.3 kvm, yardımçı sahəsi 41,6 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Beləliklə vəsiyyətnamə ilə şəhadətnamədə göstərilən miras kütləsi üst-üstə düşməmişdir. Bu şəhadətnamə əsasında cavabdeh DƏDRX tərəfindən verilmiş ******* saylı Çıxarışda mülkün ¼ hissəsi qanunsuz olaraq Cavabdeh1 adına qeyd edilmişdir. Bundan başqa nə vəsiyyətnamədə, nə də vərəsəlik hüququ haqqında şəhadətnamədə torpaq sahəsi göstərilmədiyi halda, daşınmaz əmlakın reyestr xidmətinin verdiyi çıxarışda torpaq sahəsinin ¼ hissəsi Cavabdeh1 adına qeyd edilmişdir. Bundan başqa, Notariat Kontorunda vərəsəlik işi açılan zaman vərəsə kimi ona məlumat verilməmişdir. Hesab edir ki, Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası X14 Komitəsi yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin nümayəndəsi X8 izahatında bildirdi ki, təmsil etdiyi qurum Cavabdeh1 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onun Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 99 saylı mülk üzərində ¼ hissədə mülkiyyət hüququnu qeydə almışdır. Odur ki, hesab edir ki, çıxarışın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs izahatında bildirdi ki, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 99 saylı mülk atalarından miras qalmışdır və həmin mülkdə hal-hazırda o və qardaşı İddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. Atasının vəsiyyətnaməsi əsasında həmin mülkün bir hissəsi bacısı Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Hazırda isə qardaşı Könül bacısının adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirir. İddianın təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Cavabdehlər Gəncə şəhəri 3 saylı Notariat Kontoru və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1991-ci il tarixdə X4 bürosu tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mülk X6 mülkiyyətində olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx xxxx 1993-cü il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1№li SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, mərhum X9 xx.xx.2007-ci il tarixdə ölmüş, ölən günədək ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. Ölümündən sonra onun oğlu - Maraqlı şəxs, qızı - X5, qızı - Cavabdeh1, oğlu - İddiaçı ibarət ailə tərkibi qalmışdır. Mərhumun valideynlərindən sağ qalan yoxdur. İş materiallarında olan xx xxxx 2002-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X3 şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 99 ünvanda yerləşən liter “A” yaşayış sahəsi 17,30 kv.m olan 1 otağı və zirzəmisini, yaşayış sahəsi 24,0 kv.m olan 1 otağı və zirzəmisini qızı Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarında olan xx xxxxxxx 2011-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi Cavabdeh1 düşən pay ünvan 2 ünvanında yerləşən liter “A”-2 yaşayış otağı, ümumi sahə 93,9 kv.m yaşayış sahəsi, 52,3 kv.m yardımçı sahəsi 41,6 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Yerdə qalan vərəsələrin- Maraqlı şəxs, İddiaçı və X2 payları açıq saxlanılmışdır. İş materillarında olan RX seriyalı 11018441 nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”nın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mülk xüsusi mülkiyyət hüququ ilə ¾ hissədə X6, ¼ hissədə Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-ci il tarixli 28092 saylı rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 360.9 kv.m təşkil edir və Cavabdeh1 vəsiyyətnamə ilə verilmiş sahənin ümumi sahəsi 41.3 kv.m (17.3 kv.m.+24.0 kv.m) təşkil etdiyini nəzərə alaraq, vəsiyyətnamə ilə verilmiş sahə yaşayış evinin 11.4 faiz və ya evin 1/8 hissəsi olduğu müəyyən edilir. Tədqiq olunan zirzəmi mülkiyyətə daxil olmadığı üçün zirzəminin evin hansı hissəsini və ya nisbətini təşkil etməsinə dair tədqiqat aparılmamışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mülk bütövlükdə iddiaçının mərhum atası X6 mülkiyyətində olmuşdur. X6 X12 adlı qadınla birgə nikahlarından 4 övladları - 1956-cı ildə Maraqlı şəxs, 1957-ci ildə X5, 1958-ci ildə Cavabdeh1 və 1963-cü ildə İddiaçı anadan olmuşlar. X12 xx.xx.1993-cü il tarixdə ölmüşdür. X9 xx.xx.2002-ci il tarixdə ona məxsus ünvan 2 ünvanında yerləşən mülkün “A” yaşayış sahəsi 17,30 kv.m olan 1 otaq və zirzəmisini, yaşayış sahəsi 24,0 kv.m olan 1 otaq və zirzəmisini qızı - Cavabdeh1 vəsiyyət etmiş, həmin vəsiyyətnamə notarial qaydada təsdiq edilmişdir. X9 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra qızı Cavabdeh1 xx.xx.2011-ci il tarixdə atasından miras qalmış ünvan 2 ünvanda yerləşən mülkün Liter “A” -2 yaşayış otağı, ümumi sahəsi 93,9 kv.m, yaşayış sahəsi 52,3 kv.m yardımçı sahəsi 41,6 kv.m olan hissəsinə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. xx.xx.2017-ci il tarixdə həmin şəhadətnamə əsasında X6 mülk üzərində ¾ hissədə, Cavabdeh1 ¼ hissədə paylı mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçı xx.xx.2011-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirərək bildirir ki, mərhum X13 vəsiyyətnamə ilə qızı - Cavabdeh1 miras əmlakın ümumi sahəsi 41.3 kv.m olan hissəsini vəsiyyət etsə də, qeyd olunan şəhadətnamədə qanunsuz olaraq Cavabdeh1 həmin mülkdən ümumi sahəsi 93,9 kv.m olan hissədə hüququ tanınmışdır. Eyni zamanda vərəsəlik hüququ haqqında şəhadətnamədə torpaq sahəsi göstərilmədiyi halda, daşınmaz əmlakın reyestr xidmətinin verdiyi çıxarışda torpaq sahəsinin ¼ hissəsinə Cavabdeh1 mülkiyyət hüququ qeydə alınmışdır. Odur ki, iddiaçı hesab edir ki, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbə vərəsələr ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə müəyyən edildi ki, iddiaçının mərhum atası X1 ona məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsinin qızı - Cavabdeh1 vəsiyyət etməsinə dair tərtib etdirdiyi vəsiyyətnamə ilə onun ölümündən sonra həmin miras əmlaka dair Cavabdeh1 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə göstərilən əmlak eynilik təşkil etmir. Belə ki, mərhum X6 ünvan 2 ünvanda yerləşən mülkün ümumi sahəsi 360,9 kv.m olduğu halda və miras qoyan həmin əmlakdan qızı Cavabdeh1 ümumi sahəsi 41,3 kv.m olan 2 otaq və zirzəmilərini vəsiyyət etməsinə baxmayaraq, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakda ümumi sahəsi 93,9 kv.m olan 2 otağın və zirzəmilərinə dair Cavabdeh1 vərəsəlik hüququnun tanındığı qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirməkdə haqlıdır. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə məzmun etibarı ilə vəsiyyətnaməyə uyğun tərtib edilmədiyindən etibarsız hesab edilməli, iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin iddianın mübahisəli fərdi yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasına dair çıxarışın ləğv edilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin mülkə dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli olduğundan, eləcə də vəsiyyətnamədə torpaq sahəsi vəsiyyət edilmədiyi halda, çıxarışda cavabdehin torpaq sahəsi üzərində də ¼ hissədə mülkiyyət hüququ qeydə alındığından, törəmə hüquq münasibəti olan mübahisəli əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış cavabdehin mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməlidir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, Gəncə şəhəri 3 saylı notariat kontorunda tərəfindən verilmiş ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin Liter “A” -2 yaşayış otağı ümumi sahəsi 93,9 kv.m, yaşayış sahəsi 52,3 kv.m, yardımçı sahəsi 41,6 kv.m hissəsindən Cavabdeh1 vərəsə kimi tanınmasına dair vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, X14 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X9 və Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış qismən – ünvan 2 ünvanda yerləşən əmlak üzərində Cavabdeh1 ¼ hissədə mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilməli və həmin əmlak əvvəlki hüquqi vəziyyətnə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri 3 saylı Notariat kontoru tərəfindən verilmiş xx xxxxxxx 2011-ci il tarixli, 2V- 1-10 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Azərbaycan Respublikası X14 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış qismən – ünvan 2 ünvanda yerləşən əmlak üzərində Cavabdeh1 ¼ hissədə mülkiyyət hüququnun qeydə alınması hissəsində ləğv edilsin və həmin əmlak əvvəlki hüquqi vəziyyətinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar