Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3860/2020 18.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı cavabdehlər Gəncə şəhəri «4 saylı notariat ofisinə» və Cavabdeh2 (Nikoil Bank İKB) Açıq Səhmdar Cəmiyyətinə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Gəncə şəhəri «4 saylı notariat ofisinə» və Cavabdeh2 (Nikoil Bank İKB) Açıq Səhmdar Cəmiyyətinə qarşı məhkəməyə iddia ərizəsi verərək Gəncə şəhəri «4 saylı notariat kontoru» tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 7-e-2-8646 reyestr nömrə ilə qeydə alınmış, Gəncə şəhəri Bayan küçəsi, 172A ünvanda yerləşən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qanunla müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, tələb cavabdeh kimi göstərilən Gəncə şəhər «4 saylı notariat ofisinə» yönəldilmiş, lakin reyestr məlumatları üzrə axtarış zamanı Gəncə şəhərində 4 saylı notariat ofisnin fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Digər tərəfdən idia ərizəsinə qanunla müəyyən olunmuş qaydada dövlət rüsumunun ödənilməsinə və ya dövlət rüsumundan azad olunmasına dair sənəd əlavə olunmamışdır. İddia ərizəsinin forma və məzmunundan bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərzəsində dəqiq göstərilməlidir. Hazırki iddia ərizəsində isə cavabdeh Gəncə şəhər «4 saylı notariat ofisi» göstərilsə də iddia fəaliyyəti olmayan tərəfə qarşı yönəldilmişdir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı cavabdehlər Gəncə şəhəri «4 saylı notariat ofisinə» və Cavabdeh2 (Nikoil Bank İKB) Açıq Səhmdar Cəmiyyətinə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Gəncə şəhəri «4 saylı notariat ofisinə» və Cavabdeh2 (Nikoil Bank İKB) Açıq Səhmdar Cəmiyyətinə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-3860/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3860/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver