Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3862/2020 13.11.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X1, Gəncə Asan Xidmət mərkəzinin Notariat Konturuna və maraqlı şəxs 3 saylı DƏDRXnə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticənin ləğv edilməsi, öhdəliyin qoyulması» tələbinə dair ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X1, Gəncə Asan Xidmət mərkəzinin Notariat Konturu və maraqlı şəxs 3 saylı DƏDRX-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 4Ə-06-1615 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və ondan əmələ gələn hüquqi nəticələrin ləğv edilməsini və bu öhdəliyin Gəncə Asan Xidmət mərkəzinin Notariat Konturunun və maraqlı şəxs 3 saylı DƏDRX-nin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi məsələsini yoxlayarkən müəyyən edilmişdir ki, iddia tələbində qeyri-müəyyənlik olmaqla, cavabdehlərin hər birinə yönələn tələb və iddia tələbinə cavad verməli olan şəxslərin dairəsi düzgün göstərilməmiş, iddiaçıların poçt ünvanı göstərilməmişdir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində poçt ünvanlarını göstərməyərək, ünvan 1 qeyd etmişlər ki, belə bir adda rəsmi olaraq küçə mövcud deyildir. Bununla yanaşı iddia tələbində xx.xx.2014-cü il tarixli, 4Ə-06- 1615 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ondan əmələ gələn hüquqi nəticələrin ləğv edilməsini xahiş etməklə, həmin nəticənin nədən ibarət olması göstərilməmiş və əsaslandırılmamışdır. Həmçinin iddiaçılar bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və ondan əmələ gələn hüquqi nəticələrin ləğv edilməsini və bu öhdəliyin maraqlı şəxs olaraq göstərilmiş inzibati orqan 3 saylı DƏDRX-nin üzərinə qoyulmasını xahiş etməklə iddia tələbində qeyri-müəyyənlik yaratmış, iddia tələbinə cavab verməli olan şəxslərin dairəsini və yönələn tələbi müəyyən etmək mümkün olmadığı kimi, iddia tələbi əsaslandırılmamışdır. Həmçinin xx.xx.2014-cü il tarixli, 4Ə-06-1615 saylı bağışlama müqaviləsi iddia ərizəsinə əlavə edilməmiş və onun hansı səbəbdən etibarsız hesab edilməsi iddia ərizəsində əsaslandırılmamış, tələbi təsdiq edən hər hansı bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.2.3.-ci maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 149.4.-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin iddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdim: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X1, Gəncə Asan Xidmət mərkəzinin Notariat Konturuna və maraqlı şəxs 3 saylı DƏDRX-nə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticənin ləğv edilməsi, öhdəliyin qoyulması » tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-3862/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3862/2020
13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver