Məhkəmə qərarları › İş №2(043)-390/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-390/2020

20.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-390/2020 20.02.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, x4 iclas katibliyi, İddiaçı vəkili x5 iştirakı ilə, İddiaçı cavabdehlər x6 və Cavabdeh2 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər x6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən yeni tikiliyə aid evə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlərdən olan x9 ilə nikahlarını rəsmi olaraq 11 sentyabr 2014-cü il tarixdə 1875 ilə Gəncə ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikah dövründə cavabdehlə iki övladları dünyaya gəlmişdir. Cavabdehlə ailə qurduqdan sonra onun və digər Cavabdeh2məxsus ünvan 2 ünvanında yerləşən evə köçüb. Həmin ev qeyd olunan ünvanda yerləşir və iki tikilidən ibarətdir. Tikililərdən biri qanuni olmaqla digəri isə yəni onun yaşadığı ev qeydiyyatdan keçməmiş ancaq yaşayış üçün tam yararlı olmaqla bütün kommunal xətlərlə təmin edilmişdir. Hazırda evin tikili formasında fotoşəkilini də ərizəsinə əlavə edir. Qeyd olunan evdə ona aid cehiz əşyaları da vardır lakin, əşyalarının hər cür maneələrdən qorumaq üçün müvəqqəti olaraq çıxarmış, başqa cür əşyalarını qorumaq mümkün deyildi. Hesab edir ki, onun mübahisəli evə cavabdehlərin razılığı ilə köçdüyündən və cavabdehlərlə birlikdə həmin evdə yaşamaq hüququna malikdir və həmin hüquqdan o, məhrum edilə bilməz. Məhkəmə iclasında çıxış edən İddiaçı vəkili x10 çıxış edərək, iddianın təmin edilməsini, cavabdehlərin sahibliyində olan ünvan 1 ünvanında yerləşən, hüquqi sənədi olmayan yeni tikiliyə İddiaçı köçürülməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən, cavabdeh x9 izahatında bildirdi ki, iddiaçı ilə nikahlarını rəsmi olaraq 11 sentyabr 2014-cü il tarixdə Gəncə ASAN xidmət mərkəzində qeydə alınmışdır. Birgə nikah dövründə cavabdehlə iki övladları dünyaya gəlmişdir. İddiaçı iddia ərizəsində göstərdiyi Gəncə şəhəri Hərbi Hissəcik - 83 xətt 12, ev 16 - ya gəlin köçdüyünü qeyd etdiyi, qanunsuz tikintiyə gəlin köçməyib həmin tikinti onlara məxsus deyil, atası x11 özü tikdirmiş, həmin evin qanunsuz olan hissəsini atası qardaşı Əliyev Zöhrab Rüstəm oğlunun adına 1/3 hissəsini bağışlamışdır. Həmin göstərilən qeyriqanunsuz tikintinin ünvanı ünvan 3 olaraq qeyd edilir. Onun mübahisəli evdə heç bir hüququ və payı yoxdur. İddiaçı qeyd etdiyi mübahisəli ev iki tikinti birində o atası anası birdə sabiq həyat yoldaşı uşaqları ilə yaşamışdır. Qardaşı Əliyev Zöhrab Rüstəm oğlu həyat yoldaşı x2 və uşaqları göstərdiyi qanunsuz tikintidə yaşayırlar. Bu səbəbdəndə iddianın rədd olunmasını məhkəmdən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən, Cavabdeh2 öz izahatında cavabdeh x9 ilə oxşar məzmunlu izahat verib, əlavə olaraq qeyd etdi ki, iddiaçının köçürlməsini tələb etdiyi tikintiyə və onun yerləşdiyi torpaq sahəsinə dair heç bir sənəd möcüd deyil, həmin tikintiyə dair onların heç bir hüququ yoxdur. Odur ki, məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh x9 məhkəməyə teleqram göndərək işə onların iştirakı olmadan baxılmamasını və işin təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş cavabdehlər x3 və Cavabdeh2 etiraz ərizəsindən görünür ki, İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, 11 sentyabr 2014 - cü il tarixdə evlənərək nikaha daxil olaraq Gəncə şəhəri Hərbi Hissəcik - 83 xətt 12, ev 16 - ya gəlin köçdüyünü bildirmişdir. Bundan başqa tikililərdən biri qanuni olmaqla digəri isə qanunsuz olduğunu bildirmişdir. Qeyd edirlər ki, İddiaçı iddia ərizəsində göstərdiyi Gəncə şəhəri Hərbi Hissəcik - 83 xətt 12, ev 16 - ya gəlin köçün lakin göstərdiyi qanunsuz tikintiyə gəlin köçməyib həmin tikinti onlara məxsus deyil, atası x11 özü tikdirmiş olduğu evi qardaşı Əliyev Zöhrab Rüstəm oğlunun adına 1/3 hissəsini qardaşına bağışlamışdır. Həmin göstərilən qeyri - qanunsuz tikintinin ünvanı ünvan 3 olaraq qeyd edilir. Həmin mülk atası x7 mülkiyyətidir. Onun mübahisəli evdə heç bir hüququ və payı yoxdur. İddiaçı qeyd etdiyi mübahisəli ev iki tikinti birində o atası anası birdə sabiq həyat yoldaşı uşaqları ilə yaşamışdır. Qardaşı Əliyev Zöhrab Rüstəm oğlu həyat yoldaşı x2 və uşaqları göstərdiyi qanunsuz tikintidə yaşayırlar. Qaradaşının və ailəsinin yaşadığı evə iddiaçının köçürülməsi nə dərəcədə düzgündür. Bu qədər qanunsuzluq nə vaxta kimi davam etməlidir. Belə ki, İddiaçı özü şəxsən cehiz əşyalarını gəlib könüllü olaraq evdən çıxartmışdır. Onunla birgə yaşamaq istəmədiyini ər olaraq onu istəmədiyini dilə gətirərək ondan boşanmışdır. Bundan sonra, Gəncə şəhəri Hərbi Şəhərcik 83 Xətt 12 ev 16 gəlin köçən İddiaçı «cehiz əmlakın qaytarılması və nikah dövründə əldə olunmuş əmlak üzərində mülkiyyət hüququnu tanınması » tələbinə dair iddia ərizəsi ilə Gəncə səhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etməyinə baxmayaraq, 14 oktyabr 2019-cu il tarixdə İddiaçı iddiasını hakim təmin etməmişdir. İddiaçı özü onu bəyənməyib boşanıb, barışmaq ehtimallarıda da yoxdur. Atasına məxsus evə köçürülmə istəməklə nə etmək niyyətindədir, hələ də ailəlikcə onlara məlum deyil. İddiaçı gəlin köçdüyü mülk Azərbaycan Respublikası Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin Dövlət Reyestri Xidmətinin Gəncə x1 halda, evdə gəlin olaraq qeydiyyatda olmadığı halda, ata ilə arasında Notariat qaydada heç bir razılaşma olmadığı halda İddiaçı atasına məxsus mülkünə köçməsi qeyri - qanunsuzdur. İddiaçı atamsn mülkünə hər gün dava - dalaş salmaq üçün, problem yaratmaqını üçün köçmək istəyir. Onaları bəyənməyən bir şəxsin boşanan bir gəlinin evə köçməsi tam qanunsuzdur. İddiaçı iddia ərizəsində cavabdeh qismində onu və anası Cavabdeh2 cavabdeh qismində göstərmişdir. Mübahisəli mülkdə nə onun nə anasının heç bir hüququ yoxdur. Mülk rəsmi olaraq atası x7 adınadır, göstərdiyi qanunsuz tikintidə atasınındır, lakin qardaşı Əliyev Zöhrab Rüstəm oğluna etibarnamə ilə vermişdir və onun ailəsi yaşayır ( 04 dekabr 2014-cü il tarixli Etibarnamənin surətini ETİRAZA əlavə edir ). Etibarnamədəki 04 dekabr 2014 - cü il tarixli vaxtdan da evə dair qardaşına verilən etibarnamədən də göründüyü kimi onun və keçmiş ailəsinin yeni tikilmiş tikinti ilə heç bir əlaqələri yoxdur. Nə qanun üzrə, nə sahiblik üzrə, nə mülkiyyət üzrə. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 11 sentyabr 2014-cü ildə nikaha daxil olmuş və mübahisəli mülkə gəlin köçmüşdür. Əgər İddiaçı ifadələri doğrudursa, atasın sahibliyində və mülkiyyətində olan tikinti niyə 04 dekabr 2014-cü ildə ona yox qardaşı Əliyev Zöhrab Rüstəm oğluna atası x17 oglu tərəfindən Gəncə Asan Xidmətinin Notariat Kontorundan rəsmi olaraq Etibarnamə ilə verilmişdir. Həmin mötəbər hüquqi sənəddən də göründüyü kimi, ev məhz ona yox qardaşına verilmişdir. Həmin qanunsuz tikintidə onun ailəsi yox qardaşının ailəsi yaşayır. Evə gələn kommunal xərclər atası x7 adına gəlir. Yəni bu bir daha sübutdur ki, iddiaçının mübahisələndirdiyi evdə onun hec vaxt hüququ olmamışdır. İddiaçı qeyd etdiyi mahiyyəti üzrə cavabdehlər onlar olmamalıdırlar, subyektiv tərəfdən hüququ olmayan şəxslərik onlardı. Əsas evdə yaşayanlar və əsas mülkiyyətçi atasıdır. Məhkəmə tərəfindən dəlilli sübutlarına obyektiv qiymət verilməsini, ədalətli qətnamə qəbul etməsini xahiş edilib. İş materiallarına əlavə edilmiş 13 iyul 1983-cü il tarixli 212 nömrəli orderin surətindən görünür k, ünvan 1 yerləşən fərdi yaşayış evi SSRİ Müdafiə Nazirliyi tərəfindən x7 itifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş ƏMDK-si yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı x13 29 iyul 2019-cu il tarixli, **********91 nömrəli məktubundan görünür ki, cavabdehlər x3 və Cavabdeh2 adlarına elektron baza məlumatlarında əsasən qeydə alınmış daşınmaz əmlak əşkar edilməmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, yaşayış binasından isifadə hüququ həm qüvvədə olan Mülki Məcəllə, Mənzil Məcəlləsi, həm də qüvvədən düşmüş Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin iddiaçının hazırkı iddiada mübahisələndirilən yaşayış evində əşyalarının olmadığı, evin və onun yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı, beləliklə evin mülki və mənzil qanunvericiliyində nəzərdə tutulmuş mənzil statusuna malik olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 noyabr 2018-ci il tarixli qərarında mənzilə köçürülmə tələbinə dair iddialara baxılması zamanı tətbiq edilməli olan normalarla bağlı hüquqi mövqeyini aşağıdakı kimi ifadə etmişdir: Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. ... yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 66.1ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Göründüyü kimi AR Konstitusiya Məhkəməsinin Plenumu “köçürülmə” tələbinin əsası kimi aşağıdakı halların müəyyən edilməsini şərtləndirir: Köçürülmənin tələb edildiyi yaşayış sahəsi mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak hesab edilirmi? Yaşayış sahəsi Mənzil Məcəlləsinin 12.1-12.3-cü maddələrinin tələblərinə cavab verirmi? Mülki və mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq mənzil hüququ yaranmışdırmı? Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.3-cü maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 180.1 və 180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin yeni tikilən hissəsi özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və AR Konstitusiya Məhkəməsinin Plenumunun 30.11.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən həmin tikiliyə köçürülmə tələbi də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər x6 və Cavabdeh2 qarşı «evə köçürülmə» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində x18 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar