Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3936/2021 22.12.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı cavabdehin əşyaları ilə birlikdən evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əşyaları ilə birgə mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu, E.Budaqov küçəsində yerləşən 52 saylı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 1988-ci il tarixində Gəncə şəhəri Kəpəz rayonu E.Budaqov küçəsində yerləşən 52 nömrəli fərdi yaşayış evini alqı-satqı yolu ilə almışdır. Həmin tarixdən sözügedən fərdi yaşayış evi onun mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti 3 saylı Gəncə ərazi idarəsi tərəfindən mülkiyyətçi kimi çıxarış almışdır. Bir neçə ildir ki, ailəsi ilə birlikdə Qazax şəhəri Xəqani küçəsi ev 37-də yaşayır .Təxminən 2016-cı il tarixində onun yaxın qonşusu və yaxın tanışı X2 ona bildirmişdir ki, bir nəfər tanıdığı şəxs var, o müvəqqəti yaşamaq üçün ev axtarır . Onunla razılaşmış və sözügedən evini müvəqqəti yaşaması üçün Cavabdeh vermişdir. Hal-hazırda isə yenidən Gəncə şəhərinə qayıdıb orada yaşamaq istəyir. Lakin bir ilə yaxındır ki, Cavabdeh evdən çıxması barədə məlumat vermiş, cavabdeh isə hər dəfə tezliklə evdən çıxacağına söz versə də bu günə kimi onun evindən çıxmamışdır.Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, aylıq 30 manat kirayə pulu verməklə hal-hazırda həmin evdə yaşayır. Kəlbəcər rayonundan məcburi köçkündür, başqa evə çıxmağa maddi imkanı yoxdur. May ayına qədər vaxt verilsə belə yenə də evdən çıxa bilməz. Dövlət tərəfindən evlə təmin olunduğu halda evdən çıxa bilər. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- 28.09.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur. AZE0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, E.Budaqov küçəsi, ev 52 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydə alınmışdır.İddiaçı iddia etmişdir ki, cavabdeh onun mülkiyyətində olan evdə əsassız olaraq yaşamaqla dəfələrlə tələb etsə də evdən çıxmamışdır. Cavabdeh isə Kəlbəcər rayonundan məcburi köçkün olduğunu və başqa evə çıxmağa maddi imkanı olmadığını göstərərək iddia tələbinə qarşı etiraz etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrinin biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan dinc istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu Eyyubxan Budaqov küçəsində yerləşən 52 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Eyyubxan Budaqov küçəsində yerləşən 52 nömrəli fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-3936/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3936/2021
22.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver