Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-396/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, iddiaçı Gəncə şəhər MKTİ Birliyinin nümayəndəsi X1 və Cavabdeh5 iştirakı ilə, İddiaçı Gəncə şəhər MKTİ Birliyinin cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı «yaşayış otaqlarından istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Y.H.Əliyev qardaşları küçəsi, 8 №-li binanın, 6 №-li otağında X2, 16 №-li otağında qeydiyyatda olan Cavabdeh2, 24 №li otağında qeydiyyatda olan Cavabdeh3, 30 №-li otağında qeydiyyatda olan Cavabdeh4, 36 №-li otağında qeydiyyatda olan Cavabdeh5 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Y.H.Əliyev qardaşları küçəsi, 8 №-li bina (yataqxana) Gəncə şəhər MKTİB-nin balansına aiddir. Həmin binanın 6 saylı otağında qeydiyyatında olan X4, 16 №-li otağında qeydiyyatda olan Cavabdeh2, 24 №-li otağında qeydiyyatda olan Cavabdeh3, 30 №-li otağında qeydiyyatda olan Cavabdeh4, 36 №-li otağında qeydiyyatda olan Cavabdeh5 uzun illərdir ki, həmin binada yaşamırlar. Həmin otaqlarda tamamilə başqa sakinlər qeydiyyatsız yaşayırlar. Ona görə də kommunal xərclərin ödənilməsində müəyyən çətinliklər yaradır. İşin məhkəmə baxışı zamanı iddiaçı Gəncə şəhər MKTİ Birliyinin nümayəndəsi X1 iddia həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, Gəncə şəhər MKTİBnin iddiası üzrə ərizədə cavabdeh qismində göstərilən X4, Cavabdeh2 və Cavabdeh3 göstərilən ünvanda qeydiyyatda olmadıqlarına görə ərizədən adlarının çıxarılmasını, Cavabdeh4 Məhəmməd oğlunun Y.H.Əliyev qardaşları küçəsi, bina 8, otaq 30-dan, Cavabdeh5 Y.H.Əliyev qardaşları küçəsi, bina 8, otaq 36-dan istifadə hüquqlarının itirilmiş hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-nin balansında olan 8 saylı yataqxananın müvafiq otaqlarının əvvəllər cavabdehlərin istifadəsinə verildiyini, cavabdehlərin isə uzun illər öncə həmin otaqları hazırda orada yaşayan şəxslərlə əldə etdikləri razılıq əsasında onların istifadəsinə verərək özlərinə başqa yaşayış yeri seçdiklərini, buna baxmayaraq həmin otaqlarda pasport qeydiyyatında qaldıqlarını, bunun isə dövlət əmlakının idarə olunmasında çətinliklərə səbəb olduğunu bildirərək, iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh4 Məhəmməd oğlunun Gəncə şəhəri Y.H.Əliyev qardaşları küçəsi, bina 8, otaq 30-dan, Cavabdeh5 Y.H.Əliyev qardaşları küçəsi, bina 8, otaq 36-dan istifadə hüquqlarının itirilmiş hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh5 ifadəsində bildirdi ki, o Gəncə şəhəri, Y.H.Əliyev qardaşları küçəsi, bina 8, otaq 36-a qeydiyyata düşmüş, sonra öz arzusu ilə başqa yerə köçmüşdür və 15 ildir həmin ünvanda yaşamır və heç bir əmlakı yoxdur. İddianın təmin edilməsinə etirazı yoxdur. Cavabdeh4 Məhəmməd oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, 2010-cu ildən Gəncə şəhəri, Y.H.Əliyev qardaşları küçəsi, bina 8, otaq 30-da yaşayır. Cavabdeh4 Məhəmməd oğlundan həmin mənzili satın almışdır. Həmin ünvanda uşaqları ilə birlikdə yaşayır. Ruhin adlı şəxs həmin mənzili Cavabdeh4 satmışdır. O da İslamdan həmin mənzili almışdır və həmin vaxtdan Cavabdeh4 Gəncə şəhəri, Y.H.Əliyev qardaşları küçəsi, bina 8, otaq 30-da yaşamır və heç bir əmlakı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, Gəncə şəhəri, Y.H.Əliyev qardaşları küçəsi, bina 8, yataqxananın 36 saylı otağını Cavabdeh5 2005-ci ilin sonlarında almış və həmin vaxtdan Cavabdeh5 həmin yataqxananın 36 nömrəli otağında yaşamır və heç bir əmlakı yoxdur. O özü ailəsi ilə birlikdə həmin vaxtdan yaşayır. Məhkəmə iş üzrə tərəflərin ifadələrini dinləyib məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 10 saylı mənzil istismar sahəsinin xx.xx.2020-ci il tarixli, 682 nömrəli arayışından görünür ki, Cavabdeh4 Gəncə şəhəri, Y.H.Əliyev qardaşları küçəsi, bina 8, 30 saylı otaqda yaşamır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 10 saylı mənzil istismar sahəsinin xx.xx.2020-ci il tarixli, 683 nömrəli arayışdan görünür ki, Cavabdeh5 Gəncə şəhəri, Y.H.Əliyev qardaşları küçəsi, bina 8, 36 saylı mənzildə yaşamır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Y.H.Əliyev qardaşları küçəsi, bina 8, 30 saylı otaqda Cavabdeh4 yaşamır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Y.H.Əliyev qardaşları küçəsi, bina 8, 36 saylı otaqda Cavabdeh5 yaşamır. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır; 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2000-ci il tarixli qərarında göstərilmişdir ki, mənzil hüquq münasibətləri, o cümlədən yaşayış sahəsinə köçürmək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Y.H.Əliyev qardaşları küçəsi, 8 saylı binanın 30 və 36 saylı otaqlarında cavabdehlərin istifadələrinə verilmişdir. Cavabdehlər bir müddət yuxarıda göstərilən mənzillərdə yaşasalar da, daha sonra özlərinə başqa yaşayış yeri seçməklə, könüllü olaraq həmin mənzilləri tərk etmişlər. Cavabdehlərin mübahisəli mənzilləri tərk etmələrinin səbəbi ilə bağlı məhkəmə onu da xatırlatmaq istəyir ki, onların başqa bir yerdə daimi yaşayış yeri olmasa idi, onlar, ən azından müəyyən müddət keçdikdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq məhkəmə müdafiəsindən istifadə edə bilərdilər. Lakin, işin faktiki hallarından da aydın olur ki, cavabdehlər mübahisəli mənzillərlə əlaqələrini uzun müddətdir kəsmişlər. Göstərilənlər isə birmənalı olaraq təsdiq edir ki, cavabdehlər qeydiyyatda olduqları mənzilləri başqa yaşayış yerinə köçmələri ilə əlaqədar tərk etmişlər. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlərin müvafiq yaşayış sahələrindən istifadə hüququnun saxlanması üçün hər hansı əsas olmadığından onların bu hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4 Məhəmməd oğlunun Gəncə şəhəri, Kəpəz rayonu, Y.H.Əliyev qardaşları küçəsi, bina 8, otaq 30-a və Cavabdeh5 Gəncə şəhəri, Kəpəz rayonu, Y.H.Əliyev qardaşları küçəsi, bina 8, otaq 36-a olan istifadə hüquqları itirilmiş hesab olunsun. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-396/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-396/2021
11.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver