Məhkəmə qərarları › İş №2(043)-3960/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-3960/2020

02.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-3960/2020 02.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Gəncə şəhəri Kəpəz rayon filialına qarşı sığorta stajının tanınması və təsdiq edilməsi tələbinə dair iddia ərizəsinin icraatıma qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq, müəyyən etdim: İddiaçı Ərizəçi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Gəncə şəhəri Kəpəz rayon filialına qarçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 12.1991-ci ildən xx.xx.1994cü ilədək Gəncə əmtəə fond universal birjasında, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək Gəncə şəhəri 19 nömrəli təmir tikinti idarəsində, xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək Ukrayna Respublikasında «Bosfor» firmasında, xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilədək Ukrayna Respublikasında «xxxx» ASC-də ,xx.xx.1997-ct tldən xx.xx.1998-ci ilədək Ukrayna Respublikasında «Bosfor» firmasında işləməsinə dair sığorta stajının tanınması və təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, ərizəçinin əmək kitabçası mövcud olmaqla onun göstərilən idarə və müəssisələrdə işləməsi faktı öz əksini tapmışdır. İddiaçı işlədiyi müddətdə sosial sığorta stajının hesablanması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Gəncə şəhəri Kəpəz rayon filialının imtinasından Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia ilə müvafiq İnzibati Məhkəməyə müraciət etməli olduğu halda mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda hesab edirəm ki, iddiaçının iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Gəncə şəhəri Kəpəz rayon filialına qarşı sığorta stajının tanınması və təsdiq edilməsi tələbinə dair iddia ərizəsinin icraatıma qəbul edilməsindən imtina olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar