Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-4078/2020 25.12.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, müəyyən etdim: İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı ildə vəfat etmiş atası X2 miras qalmış, Gəncə şəhəri, Atatürk küçəsi, 32 nömrəli evin sahəsi 19,3 kv/m olan bir otaqlı 1 nömrəli mənzilin, xx.xx.2018-ci ildə vəfat etmiş anası X4 miras qalmış Gəncə şəhəri Z. Hacıyev küçəsi, 33 nömrəli evin sahəsi 19.8 kvm olan bir otaqlı 3 nömrəli mənzilin və xx.xx.2020-ci ildə vəfat etmiş qardaşı X3 miras qalmış Atatürk küçəsi, 32 nömrəli evin, yaşayış sahəsi 20 kv/m olan bir otaqlı 6 nömrəli mənzilin vərəsəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsinə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qanunla müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, maraqlı şəxs göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. MPM-in 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. MPM-in 149.2.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları iddia ərzəsində göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Grizəsinin geri qaytarılması üçün göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə təkrar ərizə ilə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün X1 iddi ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçıya MPM-in 149-cu maddəsinin tələblərinə uyğun olaraq ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 cavabdeh X6 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-4078/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-4078/2020
25.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver