Məhkəmə qərarları › İş №2(043)-426/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-426/2022

31.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-426/2022 31.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, 1994-cü ildə X2 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar və ünvan 2 saylı evə gəlin köçmüşdür. O ailə üzvləri ilə birgə həmin ünvanda pasport qeydiyyatında olaraq daimi yaşamışdır. Lakin qaynı Maraqlı şəxs onun evə daxil olmağına maneçiliklər yaratmışdır və məcburiyyət qarşısında məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 aprel 2015-ci il tarixli, 2(043)- 392/2015 saylı qətnaməsi ilə Maraqlı şəxs iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməklə, iddia təmin edilmiş və onun ünvan 3 mənzilə köçürülməsi qət edilmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 aprel 2015-ci il tarixli qətnaməsi 2015-ci ildə Maraqlı şəxs tərəfindən könüllü olaraq icra edilmişdir və Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi, 2-ci döngə, 21 saylı mənzilə köçməsi barədə icra idarəsinə ərizə ilə müraciət etmişdir. Lakin Maraqlı şəxs bir müddət sonra narazılığını bildirərək qətnamədə yalnışlığın aradan qaldırılması barədə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 iyul 2017-ci il tarixli, 2(043)- 392/2015 saylı qərardadı ilə Maraqlı şəxs ərizəsi təmin edilməmişdir. Həmin qərardadda qeyd edilir ki, “ iddiaçı X6 və cavabdeh Maraqlı şəxs yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatda olsalar da, cavabdeh ünvan 3 fərdi yaşayış evinin mülkiyyətçisi olmuşdur. Cavabdeh məhkəmə mübahisəsi bitdikdən sonra şəxsiyyət vəsiqəsi əldə edərək, şəxsiyyət vəsiqəsindəki yalnışlığı aradan qaldırmışdır. Həmçinin, məhkəmə qətnaməsindən də göründüyü kimi cavabdeh verdiyi izahatında göstərmişdir ki, iddiaçı ünvan 2-da yerləşən evə gəlin köçmüş, sonradan həmin ünvan 21A deyil, sənədlərdə 21 saylı ev kimi qeyd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra sənədi icra olunmuşdur. Bundan sonra cavabdeh evi formal olaraq qaynanası hazırki Cavabdeh bagışlamışdır. Hal-hazırda onun köçürüldüyü və istifadə hüququ olan Gəncə şəhəri, Aida İmamquliyeva (keçmiş Muxtar Haciyev) küçəsi, 2-ci döngə, 21 saylı ev mülkiyyət hüququ üzrə savabdehin adına qeydə alınmış və bundan sonra cavabdeh onu evə buraxmamışdır. Hesab edir ki, onun evə köçürülməsi qanuna müvafiqdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsində göstərilir ki, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmçinin, məhkəmə qətnaməsindən də göründüyü kimi cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, «iddiaçı Gəncə şəhəri, Muxtar Haciyev küçəsi, 2-ci döngə, 21A-da yerləşən evə gəlin köçmüş, sonradan evin sənədləşməsi zamanı ünvan 21A deyil, sənədlərdə 21 saylı ev kimi qeyd olunmuşdur.» Bundan başqa məhkəmə işin müəyyən edilən hallar kimi Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 aprel 2015-ci il tarixli qətnamənin əsaslandırıcı hissəsində də qeyd etmişdir ki, şəxsiyyət vəsiqəsində yaşayış yeri üzrə qeydiyyatı Muxtar Hacıyev küçəsi, 2-ci döngə, 21A ünvanı kimi qeyd olunsa da, əslində Muxtar Haciyev küçəsi, 2-ci döngə, 21 saylı evə köçmüşdür və həmin ünvanda yaşamışdır. Bunu Maraqlı şəxs özü də məhkəmədə etiraf etmişdir. Yəni, məhkəmə araşdırması zamanı Maraqlı şəxs faktiki mülkiyyətində olan evə köçürülməsi və həmin evdə yaşamağı müəyyən edilmişdir. Cavabdeh ona qarşı “mülkdən əşyaların çıxarılması” tələbinə dair Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(043)-4047/2018 saylı qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilmişdir.Həmin iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 28 fevral 2019-cu il tarixli 2(104)-1099/2019 saylı qətnaməsi ilə onun apellyasiya şikayətim təmin edilmişdir, Cavabdeh iddia tələbləri rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd edilir ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 aprel 2015ci il tarixli, 2(043)-392/2015 saylı qətnaməsi ilə cavabdeh Maraqlı şəxs iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməklə, iddia təmin edilmiş və ünvan 3 mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra sənədi icra olunmuşdur. Ona görə də məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 06.04.2015-ci il tarixli, 2(043)-392/2015 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh Maraqlı şəxs iddianı etiraf etməsi qəbul edilməklə iddiaçı X1 şəhəri, Muxtar Hacıyev küçəsi, 2-ci döngə, 21 nömrəli mənzilə köçürülməsi qət edilmişdir. Qətnamədə olan yanlışlığın düzəldilməsi barədə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 25.07.2017-ci il tarixli, 2(043)-392/2015 saylı qərardadından görünür ki, qeyd olunan qətnamədə ünvan 3 ünvanın səhvən qeyd olunmasına dair yanlışlığın düzəldilməsi barədə cavabdeh Maraqlı şəxs ərizəsi təmin olunmamışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 18.10.2018-ci il tarixli, 2(043)- 4047/2018 saylı qətnamənin surətindən görünür ki, X7 məxsus əşyaların Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Aidə İmanquliyeva küçəsi, 2-ci döngə, 21 saylı evdən çıxarılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 28.02.2019-cu il tarixli, 2(104)-1099/2019 saylı qətnamənin surətindən görünür ki, cavabdeh X3 apelyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilərək Cavabdeh İddiaçı qarşı cavabdehin əşyalarının ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Aidə İmanquliyeva küçəsi, 2-ci döngə , 21 nömrəli mənzildən çıxarılması tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10.09.2019-cu il tarixli,2(102)-5472/2019 saylı qərarının surətindn görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28.02.2019-cu il tarixli, 2(104)-1099/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AZE 16359479 saylı şəxsiyyət vəsiqəsinin elektron çıxarışından görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. 03.08.2017-ci il tarixli, 4Ə-1848 reyestr nömrə ilə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Maraqlı şəxs Gəncə şəhəri, Kəpəz rayonu, M.Hacıyev küçəsi, (Aidə İmanquliyeva küçəsi) 2-ci döngə , 21 nömrəli fərdi yaşayış evini X4 bağışlamışdır. 10.08.2017-ci il tarixli, RX ******* seriyalı çıxarışdan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Aidə İmanquliyeva küçəsi, 2-ci döngə, 21nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə rəsmi reyestrdə Cavabdeh adına qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı məhkəmə qətnaməsi ilə mübahisələndirilən fərdi yaşayış evinə köçürülmüş və onun istifadə hüququ tanınmışdır. Qətnamə qanuni qüvvəyə minərək icra olunmuş və iddiaçı mübahisələndirilən fərdi yaşayış evinə köçürülmüşdür. Lakin iddiaçı mübahisəli fərdi yaşayış evinə köçürüldükdün sonra fərdi yaşayış evinin mülkiyyətçisi olan Maraqlı şəxs mübahisəli evi qaynanası hazırki cavabdeh X4 bagışlamışdır. Cavabdeh X8 bağışlanma müqaviləsi əsasında mübahisəli fərdi yaşayış evini mülkiyyətinə keçirərək iddiaçının onun mülkiyyətində olan evdən çıxarılmasını tələb etmiş və evə buraxmamışdır. Halbuki, cavabdeh həmin fərti yaşayış evini mülkiyyətinə keçirərəkən iddiaçının həmin evdən istifadə hüququ olmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, iddiaçının izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) mülkiyyətçi olmayan şəxslərin hüquqlarından bəhs edən 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar əmlak hüquqları sayılır. (Mad. 158.1.1, 158.1.2, 158.1.3) MM-in 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. MM-in 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. MM-in 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 73.6-cı maddəsinə əsasən tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundansonra- MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, bağışlama müqaviləsinə əsasən mübahisəli fərdi yaşayış evinə mülkiyyət huququnun cavabdehə keçməsi iddiaçının həmin evdən çıxarılması üçün əsas ola bilməz. Ona görə də iddiaçı İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Aida İmanquliyeva (keçmiş Muxtar Hacıyev) küçəsi, 2-ci döngə, 21 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar